12px13px15px17px
Tarix:06/11/13

“Mobil kitab rəfi” istifadəyə verilib


Azərbaycan Gənclər Fondu gənclərin kitab oxumağa marağının artırılması, onların daha asan və praktik yollarla kitab əldə etmələri və maariflənmələri üçün daha bir maarifləndirici layihəyə start verib.

Fondun yaydığı məlumata görə, "Mobil kitab rəfi" adlandırılan mobil keçid vasitəsilə gənclər mobil telefonlarla Azərbaycan və dünya ədəbiyyatının nümunələrini yükləmək və oxumaq imkanı əldə edirlər. Hal-hazırda Azərbaycan və dünya ədəbiyyatından bir sıra kitabların elektron versiyalarının yükləndiyi portala mütəmadi olaraq yeni kitablar əlavə olunacaq.

Qeyd edək ki, gənclərin ən çox istifadə etdiyi ictimai nəqliyyat vasitələrindən olan metroda qatarlarda layihənin posterləri yerləşdirilib. Posterlərdə göstərilən  kod vasitəsilə gənclər mobil telefonla birbaşa keçidə daxil ola və kitab yükləyə bilərlər.

CAHANGİR



Baxış sayı: 938

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024