Tarix: 15/04/13 “Navitel” Azərbaycanın yeni elektron xəritəsini çap edəcək

“Naviqasiya texnologiyaları mərkəzi” şirkəti bəyan edib ki, “Navitel”in istifadəçilərinə Q1 2013 nəşrində Azərbaycan, Latın Amerikası və Orta Asiya xəritələri təqdim edilib.
Tarix: 15/04/13 Ukraynada məmurlar mobil operatorlarla bacarmırlar

Ukraynada mobil nömrələrin daşınması (MNP) xidmətinin tətbiqi ilə bağlı problem yaşanır. “ICTnews” xidmətinin Ukraynanın “Novıy reqion” nəşrinin xəbərinə istinadən verdiyi məlumata əsasən, belə bir xidmətin tətbiqi, abunəçiyə öz mobil telefon nömrəsini dəyişmədən mobil rabitə operatorunu dəyişməyə imkan verir.
Tarix: 15/04/13 “Elektron xidmətlərin təşkili və hüquqi tənzimlənməsi” mövzusunda seminar keçirilib

“Hüquq Akademiyası 2” layihəsi çərçivəsində növbəti görüş keçirilib. “ICTnews” elektron xəbər xidmətinə “İRƏLİ” İctimai Birliyindən verilən məlumata görə, görüşün qonağı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquq şöbəsinin Hüquqi aktların ekspertizası sektorunun müdiri Aqil Quliyev olub.
Tarix: 15/04/13 İT mütəxəssislərinin işsiz qalma ehtimalı çox azdır, çünki...

«İnformasiya-kommunikasiya texnologiyaları sahəsində ixtisaslaşan gənc mütəxəssislərin iş tapmasında heç bir problem yoxdur. Çünki Azərbaycanda yüksəkbilikli, İT texnologiyasını yaxşı mənimsəmiş universitet məzunlarına böyük ehtiyac var».
Tarix: 15/04/13 Respublika üzrə 600 mindən çox uşağa “Elektron sağlamlıq kartı” verilib

Respublika üzrə 600 mindən çox uşağa “Elektron sağlamlıq kartı” verilib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə məlumat verib.
Tarix: 15/04/13 Netbuklar 2015-ci ilədək “məhv” olacaq

“IHS iSuppli” analitik şirkətinin proqnozuna əsasən, netbuklar 2015-ci ilədək “məhv” olacaq. 2013-cü ildə cəmisi 3,97 milyon netbuk tədarük edilib ki, bu da 2012-ci ilin göstəricisindən 72% azdır.
Tarix: 13/04/13 SMS-lə avtomobillər üçün ehtiyat hissələri sifariş etmək mümkündür

Azərbaycanda yeni xidmət yaradılıb. Ölkədə ilk dəfə olaraq avtomobil ehtiyat hissələrinin axtarılması, tapılması və çatdırılması ilə bağlı SMS sorğu xidməti fəaliyyətə başlayıb.
Tarix: 13/04/13 Özəl sektorun nümayəndələri DGK sədrinin elektron ünvanına problem və təkliflərini göndərə bilərlər

Dövlət Gömrük Komitəsinin (DGK) sədri hər gün dövlət DGK-nin rəsmi saytından öz elektron poçtunu yoxlayır və özəl sektorun nümayəndələri bilavasitə ona öz problemləri və təklifləri ilə müraciət edə bilərlər.
Tarix: 13/04/13 Ən problemli smartfonlar hansılardır?

"Samsung Galaxy S III" sığorta şirkətinə verilmiş ərizələrin sayına görə ən problemli smartfondur. Ən problemli smartfonlar siyahısında ilk onluq aşağıdakı kimidir:
Tarix: 13/04/13 “Golden Pay” Azərbaycanda “WebMoney” sisteminin analoqunu yaxında təqdim edəcək

“Golden Pay” şirkəti yaxın zamanda Azərbaycanda “WebMoney” sisteminin analoqunu təqdim edəcək. Şirkətin baş direktoru Fərid İsmayılzadənin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, yerli istifadəçilər üçün “WebMoney” sistemlərinin daha sərfəli analoqu olacaq.
Tarix: 13/04/13 İT şirkətlərinə sərmayə qoyuluşu beynəlxalq birjalara çıxışı asanlaşdırır

Azərbaycan investorları informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərə sərmayə qoymaqla gələcəkdə səhmlərini beynəlxalq birjaların hərraclarına çıxarılmasını asanlaşdıra bilərlər.
Tarix: 12/04/13 “IBM” korporasiyası fləş-yaddaşın üstünlüyünü sübut edəcək

Amerikanın “IBM” korporasiyası fləş yaddaşın hazırlanması və araşdırılmasına təxminən 1 milyard dollar sərmayə qoymağı planlaşdırır. Ayrılacaq vəsait fləş yaddaşla sıx inteqrasiya edəcək server və məlumatların saxlanılması sistemlərinin istehsalına və layihələndirilməsinə sərf olunacaq.
Tarix: 12/04/13 “Samsung”un iki ən böyük smartfonu elan edilib

Koreyanın “Samsung” şirkəti “Galaxy Mega 5.8” və “Galaxy Mega 6.3” adlanan iki yeni qurğu təqdim edib. Hər iki qurğu mobil telefon və planşetin hibrididir. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Galaxy Mega 5.8” aparatının ekranının diaqonalı 5.8 düym (təsvir ölçüsü 960x540 nöqtə), “Galaxy Mega 6.3”-də isə bu göstərici müvafiq olaraq 6.3 düymdür. Son qurğunun ekranının təsvir ölçüsü 1280x720 nöqtədir.
Tarix: 12/04/13 Noutbuk bazarında azalma qeydə alınıb

2013-cü ilin birinci rübündə noutbuk tədarüklərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.7% azalıb. “Digitimes Research” tədqiqat şirkətinin analitiklərinin məlumatına görə, yığcam kompüter bazarı tarixində belə mənfi dinamika heç vaxt qeydə alınmayıb.
Tarix: 12/04/13 Qarşıdakı illərdə məlumatların şifrələnməsinə daha çox vəsait ayrılacaq

“IDC” analitik şirkətinin araşdırmalarına əsasən şirkətlərin 41%-i məlumat itkisindən narahatdır və bunun qarşısının alınmasını təhlükəsizliyin təmin edilməsində əsas məsələ hesab edirlər.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248