12px13px15px17px
Tarix:13/04/13

İT şirkətlərinə sərmayə qoyuluşu beynəlxalq birjalara çıxışı asanlaşdırır

Azərbaycan investorları informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərə sərmayə qoymaqla gələcəkdə səhmlərini beynəlxalq birjaların hərraclarına çıxarılmasını asanlaşdıra bilərlər.

Azərbaycanda ilk startup layihələri həyata keçirən və bir sıra uğurlu layihələrin müəllifi olan Elnur Baimov bildirib ki, dünya təcrübəsində bir çox sərmayədarlar İT layihələrinə həvəslə sərmayələr qoyurlar.

"Onlar bunu ona görə edirlər ki, bütün iri şirkətlər beynəlxalq birja hərraclarına öz səhmlərini çıxarmaq istəyirlər. Bu planları həyata keçirərkən hər hansı holdinqin və ya korporasiyanın tərkibində şəffaf fəaliyyət göstərən İT, media şirkəti olduğu halda bu proses daha effektiv həyata keçirilir",- deyə o bildirib.

Aynur Vəliyeva



Baxış sayı: 773

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024