12px13px15px17px
Tarix:15/04/13

Ukraynada məmurlar mobil operatorlarla bacarmırlar

Ukraynada mobil nömrələrin daşınması (MNP) xidmətinin tətbiqi ilə bağlı problem yaşanır.

"ICTnews" xidmətinin Ukraynanın "Novıy reqion" nəşrinin xəbərinə istinadən verdiyi məlumata əsasən, belə bir xidmətin tətbiqi, abunəçiyə öz mobil telefon nömrəsini dəyişmədən mobil rabitə operatorunu dəyişməyə imkan verir. Bu xidmət Ukraynanın aparıcı operatorları olan (bazarın 36% və 45% idarə edən) "MTS"-nin və "Kievstar"ın sevincinə səbəb olmayıb.

Lakin Ukraynanın mobil rabitə bazarının üçüncü operatoru "Astelit" (bazarın 19%-ni idarə edir) bu xidmətdən xeyir əldə edə bilər, çünki daha ucuz qiymətlə xidmət göstərir. Bir çox abunəçilər fərdi nömrələrini itirmək qorxusu olmasaydı, "Astelit"in və ya digər kiçik operatorların şəbəkəsinə məmnuniyyətlə keçərdilər. Hazırda mobil rabitə operatorları dövlət orqanlarına şikayətlərlə müraciət ediblər, bu da "mobil nömrə" xidmətinin tətbiqini ləngidir.

Hazırda Ukraynanın Rabitə üzrə Milli komissiyası digər məmurlardan xidmətin tətbiqi üzrə təkliflərini gözləyir. Sahibkarlıq işləri üzrə Dövlət xidməti, Antiinhisar Komitəsi və Fərdi məlumatların qorunması üzrə dövlət xidməti yazışmanı uzadırlar.

Rusiya bu xidməti 2013-cü ilin dekabrında tətbiq edəcək. Ukraynada isə mobil operatorlar o qədər qüdrətlidir ki, məmurlar onlarla bacara bilmirlər.

Qeyd edək ki, Azərbaycanda bu xidmətin ilkin versiyasının tətbiqi bu il may-iyun aylarında gözlənilir. İlkin mərhələdə xidmət təkcə mobil rabitə şəbəkələrində aktiv olacaq, sonra isə MNP artıq stasionar şəbəkələrdə də tətbiq ediləcək.

Aynur Vəliyeva



Baxış sayı: 1714

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Oktyabr 2024

13 10 2024