Tarix: 13/03/13 BTİ-nin baş katibi Hamadun Ture “İKT və yol nəqliyyatı təhlükəsizliyinin artırılması”nın zəruriliyini ifadə edib

Hər il 17 may bütün dünyada Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur.
Tarix: 12/03/13 Azərbaycanın icazəverici sənədlərlə bağlı portalına Qərbi Avropa və MDB ölkələri daha çox müraciət ediblər

İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılmış “www.icazeler.gov.az” portalını fevral ayında 19 minə yaxın internet istifadəçisi ziyarət edib. İnternet istifadəçilərinin 300-dən çoxu Almaniya, Türkiyə, ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, İtaliya, Belçika, İsveç, Ukrayna, Çexiya, Seneqal, Makedoniya, Avstriya, Özbəkistan, Sloveniya, Polşa, Qazaxıstan və Hollandiyadandır. Ölkə xaricindən daxil olmuş müraciətlər arasında Qərbi Avropa və MDB ölkələri üstünlük təşkil edir.
Tarix: 12/03/13 Amerika məhkəməsi “Turkcell” uğrunda mübarizə aparan şirkətə böyük zərbə vurdu

Türkiyənin “Cukurova” şirkəti “Turkcell” uğrunda mübarizədə məğlub ola bilər . Şirkət Amerika məhkəməsinə hörmətsizliyə görə 50 min dollaradək cərimə edilə bilər.
Tarix: 12/03/13 “IBM”-in direktoru 16.2 milyon dollar qazanıb

“International Business Machines” (IBM) korporasiyasının baş direktoru Cinni Rometti 16.2 milyon dollar qazanıb. “ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Romettinin kompensasiya paketi iki dəfə artıb: 2011-ci ildə onun əməkhaqqısı 8.3 milyon dollar olub.
Tarix: 12/03/13 2012-ci ildə mobil rabitə xidmətləri istifadəçilərinin sayı 14.7% artıb

2012-ci ildə Moldovada mobil rabitə xidmətləri istifadəçilərinin ümumi sayı ötən illə müqayisədə 547 min və ya 14.7% artaraq 4.26 milyondan çox olub. “Orange Moldova”, “Moldcell” və “Moldtelecom” operatorlarının elektron kommunikasiya və informasiya texnologiyaları sahəsində tənzimləmə üzrə Milli agentliyə təqdim etdikləri məlumat yuxarıda deyilənləri sübut edir.
Tarix: 12/03/13 Qafqaz Universiteti Texnoparkının inkişafını sürətləndirmək üçün Türkiyə təcrübəsindən istifadə ediləcək

Türkiyə Cümhuriyyətində işgüzar səfərdə olan Qafqaz Universitetinin nümayəndə heyəti İstanbul Texnik Universitetinin (İTU) Texnoparkı ilə (ARI Texnokent) tanış olublar və orada müşahidələr aparıblar.
Tarix: 12/03/13 “Lufthansa” aviaşirkəti təyyarələrində yeni rabitə xidmətlərini təqdim etməyə hazırlaşır

“Lufthansa” şirkətinin Rusiya və MDB ölkələrində regional direktoru Ronald Şuls “ICTnews” elektron xəbər xidmətinə bildirib ki, yeni rabitə sisteminin seçimi bu ilin sonuna qədər şirkət tərəfindən müəyyən ediləcək.
Tarix: 12/03/13 “Azercell” 3 yeni kampaniyasını elan etdi

Bu gün “Azercell” şirkəti “Bahar”, “Limitsiz internet” və “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər üçün xüsusi kampaniya” aksiyalarına start verib. Kampaniyalar çərşənbə axşamı keçirilmiş mətbuat konfransında ictimaiyyətə elan olunub.
Tarix: 12/03/13 Bakıda İT şirkətləri üçün beynəlxalq konfrans keçirildi

Bu gün Bakıda «İKT ili» çərçivəsində İT şirkətlər üçün beynəlxalq praktik konfrans keçirilib. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, konfransda MDB ölkələrini təmsil edən bir neçə İT ekspertlər iştirak ediblər.
Tarix: 12/03/13 Disk saxlama sistemlərinin satış həcmi cüzi artıb

“IDC” analitik şirkəti ötən ilin dördüncü rübü və ümumilikdə 2012-ci illə əlaqədar verilənlərin saxlanılması sistemləri üzrə bazarın həcmini qiymətləndirib.
Tarix: 12/03/13 Azərbaycanla Rumıniya İKT və vakuum texnologiyalarının istehsalı sahəsində investisiya imkanlarını araşdıracaqlar

Azərbaycanla Rumıniya İKT və vakuum texnologiyalarının istehsalı sahəsində investisiya imkanlarını araşdıracaqlar. Tərəflərə bu imkan martın 14-də Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən Azərbaycan-Rumıniya Biznes Forumunda yaradılacaq.
Tarix: 12/03/13 “Win Phone-2” müsabiqəsinə yekun vurulur

Martın 13-də “Marriott” hotelində saat 9:30-da “Win Phone-2” müsabiqəsinin yekun tədbiri keçiriləcək. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, “Bakcell”in baş sponsorluğu, “Microsoft Azerbaijan”, “Nokia” və “Mobitel”in təşkilati dəstəyi ilə keçirilən müsabiqədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə iştirak edəcək.
Tarix: 12/03/13 Səhiyyə Nazirliyi cari ildə 25 xidməti elektronlaşdıracaq

Nazirlər Kabineti tərəfindən Səhiyyə Nazirliyinə aid edilən 38 elektron xidmət növündən 25-i bu il hazırlanacaq və mərhələli şəkildə vətəndaşların ixtiyarına veriləcək. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə öz açıqlamasında qeyd edib.
Tarix: 12/03/13 Azərbaycanla Macarıstan arasında İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq

Sabah Bakıda Macarıstan Respublikasının kənd təsərrüfatının inkişafı üzrə dövlət katibi Gyula Budainin rəhbərlik etdiyi 10 özəl şirkət nümayəndəsinin Azərbaycana səfəri gözlənilir.
Tarix: 11/03/13 “Ən yaxşı müəllim” müsabiqəsi ilə bağlı bütün sınaq dərslərinin videoçəkilişi aparılacaq

“Ən yaxşı müəllim” müsabiqəsi ilə bağlı bütün sınaq dərslərinin videoçəkilişi aparılacaq. Dərsin qiymətləndirməsinin nəticəsindən narazı qalan müəllimlərə 3 gün müddətinə Təhsil Nazirliyinə (TN) ərizə ilə müraciət etmək imkanı veriləcək.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248