12px13px15px17px
Tarix:11/03/13

“Ən yaxşı müəllim” müsabiqəsi ilə bağlı bütün sınaq dərslərinin videoçəkilişi aparılacaq

“Ən yaxşı müəllim” müsabiqəsi ilə bağlı bütün sınaq dərslərinin videoçəkilişi aparılacaq. Dərsin qiymətləndirməsinin nəticəsindən narazı qalan müəllimlərə 3 gün müddətinə Təhsil Nazirliyinə (TN) ərizə ilə müraciət etmək imkanı veriləcək.

Bu barədə təhsil naziri Misir Mərdanov “Ən yaxşı müəllim” müsabiqəsinin növbəti mərhələsində iştirak etmək hüququ qazanmış müəllimlərin bir qrupu və sınaq dərslərinin təşkil edildiyi məktəblərin direktorları ilə nazirlikdə keçirilən görüşdə bildirib.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən TN-dən bildirilib ki, nazir görüşdə “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 2007-ci il 4 sentyabr tarixli sərəncamdan bəhs edib. Sərəncama əsasən artıq altıncı ildir ki, keçirilən müsabiqələr maddi stimullaşdırma ilə müşayiət olunur və müsabiqənin əsas məqsədi ən yaxşı müəllimlərin üzə çıxarılmasıdır.

Təhsil naziri “Ən yaxşı müəllim” müsabiqəsinə 2013-cü ildə 481 nəfərin sənəd təqdim etdiyi, onlardan 477-nin sənədinin ekspertizadan keçirilib qiymətləndirildiyi barədə məlumat verib. Müsabiqədə iştirak üçün sənəd verən 477 nəfərdən 27-si 2007-2008-ci dərs ilində “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş müəllimlərdir.

Ekspertizanın nəticələrinə görə, sənədləri qəbul olunmuş 477 müəllimdən müvafiq bal toplamış 207 nəfəri (Təşkilat Komitəsinə müraciət etmiş 6 nəfər sonradan növbəti mərhələyə buraxılıb) II mərhələyə buraxılıb. II mərhələ başa çatdıqdan sonra hər bir müəllim müəyyən olunmuş vaxtda Təşkilat Komitəsinin iclasında 10 dəqiqəlik təqdimatla çıxış edəcək və hər bir mərhələnin nəticələrinə əsasən, müsabiqə iştirakçılarının yekun balı müəyyən olunacaq.

HƏQİQƏT



Baxış sayı: 1654

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024