12px13px15px17px
Tarix:12/03/13

Qafqaz Universiteti Texnoparkının inkişafını sürətləndirmək üçün Türkiyə təcrübəsindən istifadə ediləcək

Türkiyə Cümhuriyyətində işgüzar səfərdə olan Qafqaz Universitetinin nümayəndə heyəti İstanbul Texnik Universitetinin (İTU) Texnoparkı ilə (ARI Texnokent) tanış olublar və orada müşahidələr aparıblar.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən universitetdən bildirilib ki, Türkiyədə fəaliyyət göstərən 40-dan çox texnopark arasında ən böyük maddi-texniki bazaya malik olan İTU ARI Texnoparkında şirkətlərin fəaliyyəti, onların elmi tədqiqatlar üzrə istiqamətləri və bu işdə rolu, əldə edilən nəticələrin səmərəliliyi kimi məqamlar marağa səbəb olub:

“Texnoparkın bu və ya digər fəaliyyətlərdə İTU-nun professor-müəllim heyəti, eləcə də tələbə-magistr-doktorant-məzun kollektivinin yaxından iştirakı, həmçinin bu cür yanaşmadan əldə edilən innovativ nəticələr ölkə sənayesinin inkişafında ciddi rola malikdir. Türkiyədə mühəndislik istiqaməti üzrə kadr hazırlığı işində mühüm əhəmiyyəti olan İTU texnoparkdakı fəaliyyətləri ilə ölkənin ümumi inkişafında əvəzedilməz fəaliyyətlər gerçəkləşdirir”.

Xatırladaq ki, “QUTECHNOPARK”-ın (Qafqaz Universiteti Texnoparkı) təşkilatçılığı ilə təşkil edilən işgüzar səfərdə Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç ilə birgə “QUTECHNOPARK” İdarə heyətinin üzvü Dr. Şahin Durmaz, “QUTECHNOPARK”-ın müdiri Dos. İsa Qasımov, “QUTECHNOPARK”-da fəaliyyət göstərən şirkətlərin idarəçilərindən “Azer.Net” MMC-nin direktoru Anar Novruzov, “SENTRA” MMC-nin icraçı direktoru Ümid Vəliyev, “MONtech” MMC-nin satış rəhbəri Fədai Abdullayev də iştirak edir.

Səfərin məqsədi “QUTECHNOPARK”-da inkişafın sürətləndirilməsi üçün Türkiyədə fəaliyyət göstərən texnoparkların işi ilə yaxından tanış olmaqdır.

HƏQİQƏT



Baxış sayı: 3112

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024