Tarix: 11/03/13 “Samsung” smartfonu əldə edin və “Bakcell”dən xüsusi bonuslar qazanın!

“Samsung” smartfonu əldə edin və “Bakcell”dən xüsusi bonuslar qazanın! “Bakcell” şirkəti “CİNeration” abunəçiləri üçün yeni eksklüziv kampaniyanı elan edir.
Tarix: 11/03/13 Qafqaz Universiteti Türkiyədə texnoparkların fəaliyyəti ilə tanış olur

Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniçin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir. Səfərin məqsədi Türkiyə Cümhuriyyətində texnoparkların fəaliyyəti ilə tanış olmaqdır. İşgüzar səfər “QUTECHNOPARK”-da (Qafqaz Universiteti Texnoparkı) fəaliyyət göstərən şirkətlərin idarəçiləri ilə birgə həyata keçirilir.
Tarix: 11/03/13 “Azercell” öz biznesini qurmaq istəyənlərə daha bir imkan yaradır

“Azercell Telekom” MMC elm və texnologiya sahəsində gənc biznesmenlər üçün yeni imkanlar yaradan proqrama start verir. Layihə çərçivəsində iştirakçılar müxtəlif mövzularda ideyalarını həyata keçirmək, ABŞ-da sahibkarlıq üzrə təlimlərə qatılmaq və nəhayət, öz bizneslərini qurmaq üçün qrant əldə edirlər.
Tarix: 11/03/13 E-imza vәsiqәlәri sifarişçilәrә ünvanında çatdırılacaq

Vәtәndaşların elektron imza vәsiqәlәrinin әldә edilmәsi prosedurunun daha da sadәlәşdirilmәsi mәqsәdilә Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) 2012-ci ilin oktyabr ayından başlayaraq, “e-әrizә xidmәti”nin tәtbiqinə başlayıb.
Tarix: 11/03/13 Əlyazmalar İnstitutunda arxiv və mətbuat materiallarının rəqəmli surətləri hazırlanır

AMEA Əlyazmalar İnstitutunda (Əİ) hazırda arxiv və mətbuat materiallarının rəqəmli surətləri hazırlanır. Ümumilikdə 3 arxiv, 330 saxlama vahidi, 3686 kadr dijital disklərə köçürülüb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Əİ-dən məlumat verilib.
Tarix: 11/03/13 “Apple” köhnə “Flash” versiyalarını “qara siyahı”ya salır

İstifadəçilər “Adobe” plaqinlərini yeniləməyə məcbur olurlar. Yeni təhlükəsizlik yenilənməsinə görə, “Apple”-ın “Safari” brauzeri istifadəçilərinin yenilənməmiş “Adobe Flash” proqram təminatından istifadə etməsi əngəllənəcək.
Tarix: 11/03/13 “Qazaxıstanın neft və qaz kompleksinin innovativ inkişafı” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

25-26 aprel, 2013-cü il tarixində Qazaxıstanın Aktau şəhərində “Qazaxıstanın neft-qaz kompleksinin innovativ inkişafı” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Tarix: 09/03/13 “Mitsubishi”nin vitse-prezidenti: “Bazarın tələbatını dəqiqləşdirmək üçün azərbaycanlı tərəfdaşlarımızla əməkdaşlıq etmək istərdik”
.jpg)
Azərbaycan və Yaponiya arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində qurulan münasibətlərin yeni dövrü başlayır. Bu münasibətlərin inkişafında başlanğıc mərhələnin təməlini isə 27-28 fevral tarixlərində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi və Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “Azərbaycan-Yaponiya Kosmik Sektor Seminarı” (“Azerbaijan-Japan Space Sector Workshop”) qoydu.
Tarix: 09/03/13 Qazaxıstanın İKT sektorunda həyata keçirilən layihələr və prioritetlər

Bu gün İKT istiqamətində həyata keçirdiyi siyasətini analiz etməyə çalışacağımız Qazaxıstan da bu illər ərzində bir sıra nailiyyətləri ilə yadda qalıb. Hazırda Qazaxıstan informasiya cəmiyyəti şəraitində inkişaf edir və bu istiqamətdə müəyyən sürətli dəyişikliklərlə səciyyələnir.
Tarix: 07/03/13 “Azerfon” şirkəti təyyarədə mobil rabitə xidmətlərini KİV nümayəndələrinə əyani nümayiş etdirib

Azərbaycanın ilk “3G” mobil rabitə operatoru “Azerfon” şirkəti, İsveçrənin “OnAir” şirkəti və Azərbaycan Hava Yolları QSC ilə birlikdə təqdim etdiyi, təyyarədə mobil rabitə xidmətlərinin tam çeşidindən istifadə etmək imkanını KİV nümayəndələrinə nümayiş etdirmək məqsədi ilə Bakıdan Kiyevə birbaşa reys təşkil edib.
Tarix: 09/03/13 Rabitə sahəsində 6 minə yaxın qadın çalışır

Azərbaycanda digər sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində də qadınların fəallığı artmaqdadır. Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) müvafiq qurumlarında çalışan işçilərin 5 min 807 nəfəri məhz qadınlardır.
Tarix: 09/03/13 Rusiya MDB ölkələrinə biopasportların qeydiyyat sistemini təqdim edəcək

Rusiya Prezident Administrasiyasının informasiya texnologiyaları və elektron demokratiyanın inkişafı idarəsinin rəisi Andrey Lipov hökumətə MDB ölkələrinə pasport-viza sənədlərinin nəzarət və qeydiyyat uçotu üçün informasiya sistemlərini verməyi təklif edib.
Tarix: 09/03/13 2017-ci ilədək Çin vətəndaşlarının hamısı “ağıllı” telefondan istifadə edəcək

2017-ci ilədək Çinin “ağıllı” telefon bazarının həcmi 460 milyon olacaq. “IDC” analitik şirkətinin proqnozuna əsasən, yerli vətəndaşların çox az hissəsi adi mobil telefonlardan istifadə edəcək.
Tarix: 07/03/13 Sərt disk bazarının həcmi azalıb

“IHS iSuppli” analitik şirkətinin yeni hesabatına əsasən, 2012-ci ilin son rübündə sərt disk bazarının həcmi yenidən azalıb. “ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ötən ilin dördüncü rübündə sərt disklərin tədarük həcmi 2,4% azalaraq 135,8 milyon olub. Sərt disk satışlarından əldə olunan gəlirin həcmi, həmçinin azalaraq 8,4 milyard ABŞ dolları olub.
Tarix: 07/03/13 “Bakcell”dən Novruz hədiyyəsi

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti Novruz Bayramına həsr olunmuş yeni kampaniya elan edib. Xüsusi olaraq Novruz Bayramı üçün hazırlanmış bu kampaniya mart ayının 7-dən 24-nə qədər keçiriləcəkdir.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248