Tarix:11/03/13
Elm və Texnologiya Sahibkarlığı Proqramı "Azercell", "Barama" İnnovasiya Mərkəzi, ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu tərəfindən reallaşdırılır. Ardıcıl olaraq ikinci ildir keçirilən proqramın əsas məqsədi sahibkarlığı təşviq etmək və ölkəmizdə texnologiya sahibkarlığını dəstəkləməkdir.
Layihə bir neçə mərhələdən ibarətdir. İlk olaraq proqrama qatılmaq istəyənlər informasiya texnologiyaları, mobil texnologiya və yaşıl (ekoloji) texnologiyalar sahəsində biznes ideyalarını təqdim etməli və daha sonra seçilmiş layihə müəllifləri üçün təlim və seminarlarda iştirak etməlidirlər.
Təlimlərdə onlara texnoloji ideyalara maliyyə dəstəyi qazanmağın yolları, biznes strategiyaları barədə biliklər təlqin edilir. Növbəti mərhələdə finala çıxan 6 layihə müəllifi ABŞ-ın Boston, San-Fransisko, Los-Anceles və Austin şəhərlərində təlimlərə qatılacaqlar.
Sonuncu mərhələdə beynəlxalq hakimlərin də daxil olduğu münsiflər heyəti tərəfindən seçilən 3 qalib komandaya öz biznes ideyasını reallaşdırmaq üçün başlanğıc qrant mükafatı təqdim ediləcək.
RƏVAN
“Azercell” öz biznesini qurmaq istəyənlərə daha bir imkan yaradır
"Azercell Telekom" MMC elm və texnologiya sahəsində gənc biznesmenlər üçün yeni imkanlar yaradan proqrama start verir. Layihə çərçivəsində iştirakçılar müxtəlif mövzularda ideyalarını həyata keçirmək, ABŞ-da sahibkarlıq üzrə təlimlərə qatılmaq və nəhayət, öz bizneslərini qurmaq üçün qrant əldə edirlər.Elm və Texnologiya Sahibkarlığı Proqramı "Azercell", "Barama" İnnovasiya Mərkəzi, ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu tərəfindən reallaşdırılır. Ardıcıl olaraq ikinci ildir keçirilən proqramın əsas məqsədi sahibkarlığı təşviq etmək və ölkəmizdə texnologiya sahibkarlığını dəstəkləməkdir.
Layihə bir neçə mərhələdən ibarətdir. İlk olaraq proqrama qatılmaq istəyənlər informasiya texnologiyaları, mobil texnologiya və yaşıl (ekoloji) texnologiyalar sahəsində biznes ideyalarını təqdim etməli və daha sonra seçilmiş layihə müəllifləri üçün təlim və seminarlarda iştirak etməlidirlər.
Təlimlərdə onlara texnoloji ideyalara maliyyə dəstəyi qazanmağın yolları, biznes strategiyaları barədə biliklər təlqin edilir. Növbəti mərhələdə finala çıxan 6 layihə müəllifi ABŞ-ın Boston, San-Fransisko, Los-Anceles və Austin şəhərlərində təlimlərə qatılacaqlar.
Sonuncu mərhələdə beynəlxalq hakimlərin də daxil olduğu münsiflər heyəti tərəfindən seçilən 3 qalib komandaya öz biznes ideyasını reallaşdırmaq üçün başlanğıc qrant mükafatı təqdim ediləcək.
RƏVAN
Baxış sayı: 783
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır