Tarix:09/03/13
Rusiya prezidenti Vladimir Putinin tapşırığına əsasən, 2015-ci ildən gec olmayaraq bütün MDB ölkələrinin vətəndaşları, Belarus ilə Qazaxıstan istisna olunmaqla, Rusiyaya xarici pasportlarla daxil ola bilərlər.
"ICTnews" elektron xidməti "Comnews" saytına istinadən bildirir ki, bir sıra MDB ölkələri hazırda biometrik pasportların hazırlanmasında çətinlik çəkirlər. V.Putinin tapşırığına görə, Rusiya hökuməti 2014-cü il martın 1-dən MDB ölkələri hökumətləri ilə ölkəyə yeni giriş qaydasının tətbiqi ilə bağlı danışıqlar keçirməlidir. V. Putin, lazım olduğu halda bəzi ölkələrə xarici pasportların blanklarının hazırlanmasında maliyyə və texniki köməyin göstərilməsi ilə bağlı göstəriş verib.
Rusiyada biometrik pasportların verilməsinə 2005-ci ildən başlanılıb, digər MDB ölkələrində bu proses təzə başlayıb və ya hazırlıq işləri aparılır.
Azərbaycanda və Tacikistanda biometrik pasportlar 2013-cü ildə başlanacaq. Rusiyalı mütəxəssislər özlərinə məxsus pasport-viza sənədlərinə nəzarət texnologiyalarının MDB ölkələrində tətbiqində maneə görmürlər, lakin informasiya təhlükəsizliyinin təmin edilməsi şərti ilə.
Biometrik pasportların hazırlanmasına və nəzarət sisteminə cavabdeh olan baş konstruktor Maqsud Şadayev bildirib ki, MDB ölkələrinə pullu və ya pulsuz şəkildə hökumətin qərarına əsasən şifrələmə və informasiya təhlükəsizliyi alqoritmləri verilə bilər.
Bundan başqa MDB ölkələrinin xüsusi xidmətləri Rusiyaya gələn vətəndaşlarının uçotunun aparılması üçün sistemin ayrı-ayrı seqmentlərini istifadə edə bilərlər, bu, ölkələrə giriş-çıxış rejimlərinə dəqiq nəzarəti təmin etməkdə kömək edə bilər.
AYNUR
Rusiya MDB ölkələrinə biopasportların qeydiyyat sistemini təqdim edəcək
Rusiya Prezident Administrasiyasının informasiya texnologiyaları və elektron demokratiyanın inkişafı idarəsinin rəisi Andrey Lipov hökumətə MDB ölkələrinə pasport-viza sənədlərinin nəzarət və qeydiyyat uçotu üçün informasiya sistemlərini verməyi təklif edib.Rusiya prezidenti Vladimir Putinin tapşırığına əsasən, 2015-ci ildən gec olmayaraq bütün MDB ölkələrinin vətəndaşları, Belarus ilə Qazaxıstan istisna olunmaqla, Rusiyaya xarici pasportlarla daxil ola bilərlər.
"ICTnews" elektron xidməti "Comnews" saytına istinadən bildirir ki, bir sıra MDB ölkələri hazırda biometrik pasportların hazırlanmasında çətinlik çəkirlər. V.Putinin tapşırığına görə, Rusiya hökuməti 2014-cü il martın 1-dən MDB ölkələri hökumətləri ilə ölkəyə yeni giriş qaydasının tətbiqi ilə bağlı danışıqlar keçirməlidir. V. Putin, lazım olduğu halda bəzi ölkələrə xarici pasportların blanklarının hazırlanmasında maliyyə və texniki köməyin göstərilməsi ilə bağlı göstəriş verib.
Rusiyada biometrik pasportların verilməsinə 2005-ci ildən başlanılıb, digər MDB ölkələrində bu proses təzə başlayıb və ya hazırlıq işləri aparılır.
Azərbaycanda və Tacikistanda biometrik pasportlar 2013-cü ildə başlanacaq. Rusiyalı mütəxəssislər özlərinə məxsus pasport-viza sənədlərinə nəzarət texnologiyalarının MDB ölkələrində tətbiqində maneə görmürlər, lakin informasiya təhlükəsizliyinin təmin edilməsi şərti ilə.
Biometrik pasportların hazırlanmasına və nəzarət sisteminə cavabdeh olan baş konstruktor Maqsud Şadayev bildirib ki, MDB ölkələrinə pullu və ya pulsuz şəkildə hökumətin qərarına əsasən şifrələmə və informasiya təhlükəsizliyi alqoritmləri verilə bilər.
Bundan başqa MDB ölkələrinin xüsusi xidmətləri Rusiyaya gələn vətəndaşlarının uçotunun aparılması üçün sistemin ayrı-ayrı seqmentlərini istifadə edə bilərlər, bu, ölkələrə giriş-çıxış rejimlərinə dəqiq nəzarəti təmin etməkdə kömək edə bilər.
AYNUR
Baxış sayı: 1753
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır