12px13px15px17px
Tarix:07/03/13

“Bakcell”dən Novruz hədiyyəsi

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti Novruz Bayramına həsr olunmuş yeni kampaniya elan edib. Xüsusi olaraq Novruz Bayramı üçün hazırlanmış bu kampaniya mart ayının 7-dən 24-nə qədər keçiriləcəkdir.

Belə ki, bu gündən etibarən balansına ən azı 2 AZN yükləyən hər bir CİN abunəçisi hədiyyə olaraq ölkədaxili bütün istiqamətlərə pulsuz zənglər üçün 10 bonus dəqiqəsi alacaq.

Kampaniya ərzində Siz hər dəfə balansı artırdıqda 10 dəqiqəlik bonus qazanacaqsınız. Kampaniyanın sonuna qədər dəfələrlə balansınızı artırın və daha çox pulsuz dəqiqələr qazanın.

Kampaniya çərçivəsində toplanan pulsuz dəqiqələr yalnız 20-24 mart ərzində istifadə edilə bilər. Bu müddətdə istifadə edilməyən dəqiqələr, kampaniyanın sonunda silinəcəkdir. Bu eksklüziv kampaniyaya qoşulun və bayram günlərində ölkədaxili bütün istiqamətlərə zəng edib əzizlərinizi onların istifadə etdiyi mobil operatordan asılı olmayaraq pulsuz təbrik edin.

Kampaniyaya qoşulmaq üçün 5540 nömrəsinə pulsuz SMS göndərin.

RƏVAN



Baxış sayı: 1078

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024