Tarix: 06/03/13 Dubayda Azərbaycan təhsilində İKT-nin tətbiqi və distant təhsil müzakirə olunub

“British Council” təşkilatı tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş “Ali təhsildə qloballaşmaya doğru – 2013-cü il” adlı beynəlxalq konfransda iştirak edən təhsil naziri Misir Mərdanov konfrans çərçivəsində “British Council” təşkilatının Avropa üzrə regional direktoru Maykl Börd ilə görüşüb.
Tarix: 05/03/13 Azərbaycanda su texnologiyaları sahəsində əldə edilmiş nailiyyətlər nümayiş etdiriləcək

Cari il, 11-13 aprel tarixlərində Bakı Ekspo Mərkəzində Azərbaycanda ilk dəfə Xəzər regionunda su texnologiyaları sahəsində əldə edilmiş nailiyyətlərin nümayiş etdirildiyi yeganə ixtisaslaşdırılmış tədbir - Xəzər Beynəlxalq Su Texnologiyaları sərgi və forumu “CATEF 2013” keçiriləcək.
Tarix: 05/03/13 Çip bazarında satış həcmi artıb

Yarımkeçiricilər Sənayesi Assosiasiyasının məlumatına əsasən, yanvarın yekununa görə, yarımkeçiricilərin satış həcmi 24 milyard ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% çoxdur.
Tarix: 05/03/13 İctimai yerlərdə vakant iş yerləri barədə elektron məlumat köşklərinin quraşdırılması davam etdirilir

İşsiz və işaxtaran vətəndaşların müstəqil olaraq boş iş yerləri haqqında daha geniş məlumat ala bilmələri üçün yeni texnologiyaların tətbiqinə xüsusi önəm verilir.
Tarix: 05/03/13 25 dollarlıq kompüter bestseller olub

“Linux” əsasında işləyən 25 dollarlıq “Raspberry Pi” kompüterinin istehsalçıları layihəni işə saldıqdan bir il sonra milyon qurğu satıblar. İstehsalçılar belə uğur əldə edəcəkləri barəsində düşünmədiklərini etiraf ediblər.
Tarix: 05/03/13 Dünyanın ən bahalı ticarət markasının sahibi dəyişməz qaldı

“Brand Finance Canada” konsaltinq şirkətinin tərtib etdiyi dünyanın 500 ən bahalı ticarət markası illik reytinqində "Apple" ticarət markası (87.3 milyard dollar) birinci mövqedə qərarlaşıb.
Tarix: 05/03/13 Fərdi kompüter bazarında azalma bu ildə də davam edəcək

2012-ci ildə kompüter sənayesində on il ərzində ilk dəfə olaraq azalma qeydə alınıb.
Tarix: 05/03/13 “Nar Mobile” gənclər üçün karyera imkanları yaradır

“Nar Mobile” fevralın 25-dən martın 1-dək Azərbaycan Diplomatik Akademiyasında (ADA) keçirilən “karyera həftəsi”ndə iştirak edib. Gənclərə daha geniş seçim imkanı yaratmaq üçün, “karyera həftəsi”nə ölkənin müxtəlif şirkətləri cəlb olunub.
Tarix: 05/03/13 İT sənaye maqnatları dünyanın ən zəngin insanlarının reytinqinə başçılq edir

ABŞ-ın Forbes jurnalı çərşənbə axşamı dünyanın ən varlı adamlarının illik reytinqini dərc edib və informasiya texnologiyaları, eləcə də onunla əlaqədar sahələr yenidən yüksək mövqelərdə qərarlaşaraq siyahının digər iştirakçılarını geridə qoyub.
Tarix: 05/03/13 “Ultra” şirkəti “HP” şəbəkə avadanlıqları üzrə “Gold-Specialist” statusu aldı

“Preffered Partner Gold HP specialist” statusuna malik olan “Ultra” şirkəti şəbəkə texnologiyaları sahəsində lider olan “HP” şirkəti tərəfindən “Registered Networking Specialist” (RNS) statusuna layiq görülüb.
Tarix: 05/03/13 Bakıda İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin innovasiyaların təqdimatı və mübadiləsi keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə cari il aprelin 23-24-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirliklərinin yüksəksəviyyəli rəsmilərinin iclası, aprelin 25-26-da isə əmək nazirlərinin konfransı keçiriləcək.
Tarix: 05/03/13 DSX tərəfindən fevral ayında 503 mobil telefon müsadirə edilib

Dövlət Sərhəd Xidməti tərəfindən cari ilin fevral ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.
Tarix: 05/03/13 “LG” şirkəti 10 milyon “LTE”-smartfon satıb

“LG” şirkəti növbəti rekordunu açıqlayıb. Belə ki, şirkət “LTE” texnologiyasını dəstəkləyən 10 milyon “ağıllı” telefon satıb. Xatırladaq ki, ötən ilin dekabrında bu göstərici 5 milyon təşkil edirdi.
Tarix: 05/03/13 “IDC”: 2013-cü ildə bazara 900 milyondan çox “ağıllı” telefon tədarük ediləcək

“IDC” tədqiqat şirkətinin proqnozuna əsasən, bu il dünyada 918 milyon “ağıllı” telefon satılacaq.
Tarix: 04/03/13 Avropa İttifaqı “Microsoft” şirkətinə son dəfə xəbərdarlıq edib

Avropa Birliyi “Microsoft” şirkətini “Windows” proqramının bütün versiyalarında brauzer seçimi pəncərəsini tətbiq etməkdən imtina etməsi ilə bağlı cərimə etməyə hazırlaşır.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248