12px13px15px17px
Tarix:05/03/13

“IDC”: 2013-cü ildə bazara 900 milyondan çox “ağıllı” telefon tədarük ediləcək

“IDC” tədqiqat şirkətinin proqnozuna əsasən, bu il dünyada 918 milyon “ağıllı” telefon satılacaq. Həmçinin analitik şirkətin məlumatına əsasən, 2013-cü ildə ilk dəfə olaraq satılmış “ağıllı” telefonların sayı mobil telefonların sayını ötəcək.

"Ağıllı” telefonların qiyməti azalır, onların tətbiq sahələri daha da genişlənir, “4G” şəbəkələrinin sayı artır. Sözügedən bu üç əsas amil “ağıllı” telefonların populyarlaşması, kütləvi məhsula çevrilməsinə imkan yaradır" – “IDC”-nin analitikləri bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “IDC”-nin proqnozuna əsasən, 2017-ci ilin sonunadək dünyada il ərzində təxminən 1,5 milyard “ağıllı” telefon tədarük ediləcək.

Xatırladaq ki, artıq ötən il Çin Xalq Respublikası (ÇXR) milli bazara tədarük edilən “ağıllı” telefonların həcminə görə ABŞ-ı ötüb. Cari ilin yekununa görə Çində təxminən 300 milyon, ABŞ-da isə 137 milyon “ağıllı” telefon satılacaq.

2017-ci ilədək Braziliya ikinci ən böyük “ağıllı” telefon bazarı olacaq. Hazırda dördüncüdür.

Emil Hüseynov



Baxış sayı: 1061

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024