Tarix:05/03/13
"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, ötən il fevralın 28-də "Raspberry Pi" kompüterinə sifarişlərin qəbuluna başlanılıb.
Cihazın satışı ilə məşğul olan Britaniyanın iki onlayn mağaza saytları sistemi satın almaq istəyənlərin axınının öhdəsindən gələ bilməyib və dərhal oflayn olub. "Raspberry Pi" ilk əvvəl uşaqlara proqramlaşdırmanın əsaslarını öyrətmək üçün qurğu kimi nəzərdə tutulmuşdu. Lakin entuziastlər (bütün qüvvəsilə, böyük şövq və həvəslə işləyən adam) də bu ucuz kompüterə böyük maraq göstərməyə başladı. Məsələn, ondan oyuncaq vertolyotu və ya musiqi alətlərini idarə etmək üçün istifadəyə başladılar.
Yığcam kompüter 700 MHs takt tezlikli "Broadcom" ARM-prosessor, 256 MB əməli yaddaş və güclü qrafik çiplə təchiz edilib. Həmçinin "RCA", "HDMI" interfeysləri və şəbəkəyə qoşulma üçün "Ethernet" portu mövcuddur. "Raspberry Pi" kompüteri "SD" yaddaş kartından yüklənilən "Linux" əməliyyat sisteminin distribütivi əsasında işləyir. "Siçan" və ya klaviatura kimi xarici qurğular "USB" portu vasitəsilə qoşulur.
Kompüterin korpusu yoxdur və o, kredit kartı ölçüsündədir. "Raspberry Pi" kompüterinin qiyməti modeldən asılı olaraq 25-35 dollar arasında dəyişilir.
Emil Hüseynov
25 dollarlıq kompüter bestseller olub
"Linux" əsasında işləyən 25 dollarlıq "Raspberry Pi" kompüterinin istehsalçıları layihəni işə saldıqdan bir il sonra milyon qurğu satıblar. İstehsalçılar belə uğur əldə edəcəkləri barəsində düşünmədiklərini etiraf ediblər."ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, ötən il fevralın 28-də "Raspberry Pi" kompüterinə sifarişlərin qəbuluna başlanılıb.
Cihazın satışı ilə məşğul olan Britaniyanın iki onlayn mağaza saytları sistemi satın almaq istəyənlərin axınının öhdəsindən gələ bilməyib və dərhal oflayn olub. "Raspberry Pi" ilk əvvəl uşaqlara proqramlaşdırmanın əsaslarını öyrətmək üçün qurğu kimi nəzərdə tutulmuşdu. Lakin entuziastlər (bütün qüvvəsilə, böyük şövq və həvəslə işləyən adam) də bu ucuz kompüterə böyük maraq göstərməyə başladı. Məsələn, ondan oyuncaq vertolyotu və ya musiqi alətlərini idarə etmək üçün istifadəyə başladılar.
Yığcam kompüter 700 MHs takt tezlikli "Broadcom" ARM-prosessor, 256 MB əməli yaddaş və güclü qrafik çiplə təchiz edilib. Həmçinin "RCA", "HDMI" interfeysləri və şəbəkəyə qoşulma üçün "Ethernet" portu mövcuddur. "Raspberry Pi" kompüteri "SD" yaddaş kartından yüklənilən "Linux" əməliyyat sisteminin distribütivi əsasında işləyir. "Siçan" və ya klaviatura kimi xarici qurğular "USB" portu vasitəsilə qoşulur.
Kompüterin korpusu yoxdur və o, kredit kartı ölçüsündədir. "Raspberry Pi" kompüterinin qiyməti modeldən asılı olaraq 25-35 dollar arasında dəyişilir.
Emil Hüseynov
Baxış sayı: 720
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır