Tarix:05/03/13
"ICTnews" elektron xəbər xidməti xəbər verir ki, bu barədə "Iteca Caspian" şirkəti məlumat yayıb. Məlumatda bildirilir ki, sözügedən sərgi və forum "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin təşəbbüsü və fəal dəstəyi ilə təşkil olunur. Tədbirin təşkilatı tərəfdaşı qismində isə "Iteca Caspian" MMC çıxış edir.
Su texnologiyaları sərgi-forumunun keçirilməsinin aktuallığını Azərbaycan ərazisində həyata keçirilən və planlaşdırılan genişmiqyaslı layihələrlə, habelə ölkədə fəaliyyət göstərən müəssisələrdə ən yeni avadanlıq və texnologiyaların tətbiqi və istifadəsinin geniş perspektivləri, həmçinin sərmayədarların regiona artan marağı ilə əlaqələndirmək olar.
Debüt sərgi ziyarətçilərin diqqətinə içməli su təchizatı, tullantı suların təmizlənməsi yağış sularının kənarlaşdırılması sistemləri, mikrotunel inşası, içməli suyun analizi üçün ölçü cihazları və tənzimləyici texnologiyalar, pompalar, nasos sistemləri, içməli su mənbələrinin mühafizəsi, inşaat texnikası və avadanlıqları, qazma qurğuları, informasiya və kommunikasiya texnologiyaları, geotermik texnologiyalar, suyun duzsuzlaşdırılması, habelə su təchizatı və kanalizasiya sahəsində mövcud olan digər ən yeni texnologiyaları təqdim edəcək.
"CATEF 2013" sərgisi ilə paralel olaraq "Marriott" mehmanxanasında Xəzər Beynəlxalq Su Texnologiyaları forumu da keçiriləcək. Sərgi və forumun paralel keçirilməsi isə qabaqcıl texnologiyaların nümayişi ilə bu sahənin aktual məsələlərinin müzakirəsini səmərəli şəkildə birləşdirməyə imkan verəcək.
CAHANGİR
Azərbaycanda su texnologiyaları sahəsində əldə edilmiş nailiyyətlər nümayiş etdiriləcək
Cari il, 11-13 aprel tarixlərində Bakı Ekspo Mərkəzində Azərbaycanda ilk dəfə Xəzər regionunda su texnologiyaları sahəsində əldə edilmiş nailiyyətlərin nümayiş etdirildiyi yeganə ixtisaslaşdırılmış tədbir - Xəzər Beynəlxalq Su Texnologiyaları sərgi və forumu "CATEF 2013" keçiriləcək."ICTnews" elektron xəbər xidməti xəbər verir ki, bu barədə "Iteca Caspian" şirkəti məlumat yayıb. Məlumatda bildirilir ki, sözügedən sərgi və forum "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin təşəbbüsü və fəal dəstəyi ilə təşkil olunur. Tədbirin təşkilatı tərəfdaşı qismində isə "Iteca Caspian" MMC çıxış edir.
Su texnologiyaları sərgi-forumunun keçirilməsinin aktuallığını Azərbaycan ərazisində həyata keçirilən və planlaşdırılan genişmiqyaslı layihələrlə, habelə ölkədə fəaliyyət göstərən müəssisələrdə ən yeni avadanlıq və texnologiyaların tətbiqi və istifadəsinin geniş perspektivləri, həmçinin sərmayədarların regiona artan marağı ilə əlaqələndirmək olar.
Debüt sərgi ziyarətçilərin diqqətinə içməli su təchizatı, tullantı suların təmizlənməsi yağış sularının kənarlaşdırılması sistemləri, mikrotunel inşası, içməli suyun analizi üçün ölçü cihazları və tənzimləyici texnologiyalar, pompalar, nasos sistemləri, içməli su mənbələrinin mühafizəsi, inşaat texnikası və avadanlıqları, qazma qurğuları, informasiya və kommunikasiya texnologiyaları, geotermik texnologiyalar, suyun duzsuzlaşdırılması, habelə su təchizatı və kanalizasiya sahəsində mövcud olan digər ən yeni texnologiyaları təqdim edəcək.
"CATEF 2013" sərgisi ilə paralel olaraq "Marriott" mehmanxanasında Xəzər Beynəlxalq Su Texnologiyaları forumu da keçiriləcək. Sərgi və forumun paralel keçirilməsi isə qabaqcıl texnologiyaların nümayişi ilə bu sahənin aktual məsələlərinin müzakirəsini səmərəli şəkildə birləşdirməyə imkan verəcək.
CAHANGİR
Baxış sayı: 773
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır