Tarix: 01/03/13 İİN-in göstərdiyi elektron xidmətlərə dair vətəndaşların məlumatlandırılması davam etdirilir

Xızı rayonunda “İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər” mövzusunda tədbir keçirilib. “ICTnews” elektron xəbər xidmətinin adıçəkilən nazirliyə istinadən verdiyi məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, Xızı və ətraf rayonların icra hakimiyyətlərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.
Tarix: 01/03/13 İnformasiya infrastrukturunun inkişafının elmi-metodiki təminatına yeni yanaşmalar hazırlanacaq

Belarus Respublikasında “İnformasiyalaşdırma və elmi-texniki informasiya dövlət sisteminin inkişafı -2013” (İETİİ - 2013) adlı XII beynəlxalq konfrans keçiriləcək.
Tarix: 01/03/13 Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi ilə anlaşma memorandumu imzalanıb

Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov və Federal Nazirliyin Avropa siyasəti departamentinin direktor müavini Andreas Oberşteller imzalayıb.
Tarix: 01/03/13 İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti davam edir

İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin - (WSIS – World Summit on the Information Society) növbəti mərhələsi start götürüb. Nəzərdə tutulmuş tədbirlər çərçivəsində fevralın 25-dən Paris şəhərində “Sülh və davamlı inkişaf üçün biliklər cəmiyyətinə doğru” mövzusunda konfrans öz işinə başlayıb.
Tarix: 01/03/13 Mobil operatordan yeni layihə “Musiqi ilə birləşərək”

Keyfiyyətli rabitə xidmətləri ilə yanaşı, dünya səviyyəli layihələr və kreativ təşəbbüslərlə fərqlənən “Azercell Telekom” bu dəfə peşəkar musiqiçilər üçün fərqli proqram təqdim edir. “Musiqi ilə birləşərək” adlanan bu layihə “TeliaSonera” və “Azercell” şirkətləri tərəfindən təşkil olunub və klassik musiqi ilə məşğul olan tələbələr üçün nəzərdə tutulub.
Tarix: 01/03/13 Dövlət qulluğuna qəbulda e-xidmətin tətbiqi sahəsində təcrübə mübadiləsi aparılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Avropa İttifaqı Şərq Tərəfdaşlığının “Demokratiya, yaxşı idarəçilik və sabitlik” platformasının “Dövlət idarəçiliyi sahəsində islahatlar” paneli çərçivəsində “E-qəbul sistemləri və digər e-hökumət alətləri” mövzusunda seminar təşkil edib.
Tarix: 01/03/13 Azərbaycanda torpaqların iqtisadi qiymətləndirilməsi elektron formada aparılır

Qlobal Xəritəçəkmə üzrə Beynəlxalq İdarəetmə Komitəsinin rəsmi saytında Azərbaycan Respublikasının Qlobal Xəritəsinin 2-ci versiyası istifadəyə verilib. Artıq bütün dünya üzrə istifadəçilər 2012-ci ilin oktyabrından Azərbaycan Respublikasının açıq geoməkan məlumatlarından yararlana bilməsi üçün tam şərait yaradılıb.
Tarix: 01/03/13 Tokio məhkəməsi “Apple”-ın xeyrinə hökm çıxarıb

Amerikanın "Apple" korporasiyası bu gün Tokio dairə məhkəməsində qalib tərəf olub. “ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, "Samsung" Amerika şirkətini "iPhone” və "iPad” qurğularında ona məxsus olan verilənlərin ötürülməsi və simsiz rabitə texnologiyaları sahəsi üzrə bir sıra patentlərini pozmaqda ittiham edirdi.
Tarix: 01/03/13 Rusiya və Fransa peyklərin istehsalı üzrə birgə müəssisə yaradacaq

Rusiyanın "İnformasiya peyk sistemləri" (İPS) şirkəti ilə Fransanın “Thales Alenia Space” (TAS) şirkəti arasında peyk sistemlərinin işlənib hazırlanması və istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında saziş imzalanıb. "İnterfaks" agentliyinin məlumatına əsasən, Rusiya və Fransa prezidentləri danışıqların yekununa dair Kremldə saziş imzalayıb.
Tarix: 28/02/13 Gələn həftə Bakıda “İnnovasiya günü” keçiriləcək

Mart ayının 6-da “Four Seasons” mehmanxanasında, “Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə ənənəvi “İnnovasiya günü” adlı tədbir keçiriləcək.
Tarix: 28/02/13 Əlyazmaları elektronlaşdıran amerikalı alim AMEA-da olub

ABŞ-ın Smitson İnstitutunun Milli Muzeyinin rəhbəri, professor Pol Maykl Teylor AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. “ICTnews” elektron xəbər xidmətinin Azərbaycan Milli Elmlər Akademiyasına istinadən verdiyi məlumata görə, institutun kollektivi ilə görüşən qonağa Şərqşünaslıq İnstitutunun tarixi və elmi fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Tarix: 28/02/13 “1 şagird:1 kompüter” müsabiqəsinin finalında 30 müəllim 200 netbuka iddia edir

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “1 şagird:1 kompüter” müsabiqəsinin finalına vəsiqə qazanan 30 müəllim şagirdlər üçün nəzərdə tutulmuş 200 netbuka iddia edir.
Tarix: 28/02/13 Azərbaycanın səhiyyə işçiləri üçün informasiya texnologiyaları üzrə təlimlər təşkil edilib

Səhiyyə Nazirliyi yanında “Səhiyyə Sektorunda İslahatlar Layihəsi” (SSİL) və Dünya Bankının dəstəyi ilə “Mədəd Azərbaycan” təşkilatı Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəki şəhərlərində 617 səhiyyə işçisi üçün “Səhiyyə İşçiləri üçün İnformasiya Texnologiyalarının əsasları” adlı təlimlər həyata keçirir.
Tarix: 28/02/13 Serverlərin tədarük həcmi azalıb

“Gartner” analitik şirkəti server bazarı üzrə yekun nəticəni açıqlayıb. 2012-ci ilin dördüncü rübündə 2,5 milyon server sistemi istehsal edilib ki, bu da ötən ayla müqayisədə 0,2% azdır. Aparat satışlarından əldə olunan gəlir 5,1% artaraq 14,6 milyard dollar olub.
Tarix: 28/02/13 Mobil rabitə abunəçilərinin sayı planetimizin insanlarının sayına yaxınlaşır

Rabitə və informasiya texnologiyaları sahəsində, həmçinin genişzolaqlı internetlə bağlı qiymətlərin aşağı düşməsi nəticəsində xidmətlərə tələbat kəskin artıb.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248