Tarix:28/02/13
Əlyazmaları elektronlaşdıran amerikalı alim AMEA-da olub
ABŞ-ın Smitson İnstitutunun Milli Muzeyinin rəhbəri, professor Pol Maykl Teylor AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. “ICTnews” elektron xəbər xidmətinin Azərbaycan Milli Elmlər Akademiyasına istinadən verdiyi məlumata görə, institutun kollektivi ilə görüşən qonağa Şərqşünaslıq İnstitutunun tarixi və elmi fəaliyyəti haqqında ətraflı məlumat verilib. Antropologiya sahəsində tədqiqatlar aparan və arxeoloji tapıntıların, qədim əlyazmaların elektron bazasının yaradılması sahəsində fəaliyyət göstərən Pol Maykl Teylor bu barədə şərqşünas alimləri məlumatlandırıb. Amerikalı alim dünyada baş verən təbii fəlakətlərin və ya müharibələrin nəticəsində bir çox qədim abidələrin məhv olduğunu nəzərə alaraq bütün bunların rəqəmsal variantının hazırlanaraq xüsusi bazalarda saxlanmasını, onların elektron variantının qorunmasını, dünyanın müxtəlif yerlərində çalışan alimlərin, bu abidələrlə maraqlanan insanların onları daha asan şəkildə əldə etməsi üçün zəmin yaratdığını vurğulayıb. Sonda professor Pol Maykl Teylor institut əməkdaşlarının suallarını cavablandırıb. CAHANGİRBaxış sayı: 744
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır