Tarix:01/03/13
Layihə çərçivəsində bu il 1-8 aprel tarixlərində Finlandiyanın məşhur Savonlinna Musiqi Akademiyasının professor-müəllim heyəti Bakıda səfərdə olacaq. Nümayəndə heyətinə vokal və simli alətlər üzrə peşəkar sənətçilər daxildir. Onlar Bakı Musiqi Akademiyasının tələbələri üçün master klass keçib, onlarla birlikdə konsert proqramı ilə çıxış edəcəklər.
"Musiqi ilə birləşərək" layihəsinə 2012-ci ildən start verilib. Keçən il master klass zamanı Musiqi Akademiyasının ən istedadlı 8 tələbəsi Finlandiyada kurs keçmək üçün seçildi. İlk dəfə olaraq azərbaycanlı gənclər "TeliaSonera" və "Azercell"in dəstəyi ilə Savonlinna Konservatoriyasındakı Yay Məktəbi dərslərində iştirak etdilər.
"Azercell" daim müxtəlif mədəni layihələr sahəsində fəaliyyətə xüsusi önəm verib, Azərbaycan mədəniyyətinin, xüsusilə də klassik musiqi janrında sənətçilərimizin dünyaya tanıdılması istiqamətində bir çox layihələri reallaşdırıb. İndiyə kimi şirkət tərəfindən sosial layihələrə təqribən 13.2 milyon manat pul ayrılıb.
Mobil operatordan yeni layihə “Musiqi ilə birləşərək”
Keyfiyyətli rabitə xidmətləri ilə yanaşı, dünya səviyyəli layihələr və kreativ təşəbbüslərlə fərqlənən "Azercell Telekom" bu dəfə peşəkar musiqiçilər üçün fərqli proqram təqdim edir. "Musiqi ilə birləşərək" adlanan bu layihə "TeliaSonera" və "Azercell" şirkətləri tərəfindən təşkil olunub və klassik musiqi ilə məşğul olan tələbələr üçün nəzərdə tutulub.Layihə çərçivəsində bu il 1-8 aprel tarixlərində Finlandiyanın məşhur Savonlinna Musiqi Akademiyasının professor-müəllim heyəti Bakıda səfərdə olacaq. Nümayəndə heyətinə vokal və simli alətlər üzrə peşəkar sənətçilər daxildir. Onlar Bakı Musiqi Akademiyasının tələbələri üçün master klass keçib, onlarla birlikdə konsert proqramı ilə çıxış edəcəklər.
"Musiqi ilə birləşərək" layihəsinə 2012-ci ildən start verilib. Keçən il master klass zamanı Musiqi Akademiyasının ən istedadlı 8 tələbəsi Finlandiyada kurs keçmək üçün seçildi. İlk dəfə olaraq azərbaycanlı gənclər "TeliaSonera" və "Azercell"in dəstəyi ilə Savonlinna Konservatoriyasındakı Yay Məktəbi dərslərində iştirak etdilər.
"Azercell" daim müxtəlif mədəni layihələr sahəsində fəaliyyətə xüsusi önəm verib, Azərbaycan mədəniyyətinin, xüsusilə də klassik musiqi janrında sənətçilərimizin dünyaya tanıdılması istiqamətində bir çox layihələri reallaşdırıb. İndiyə kimi şirkət tərəfindən sosial layihələrə təqribən 13.2 milyon manat pul ayrılıb.
Baxış sayı: 691
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır