Tarix: 01/03/12 Daha ucuz qiymətə “iPad 2”

“Apple” şirkəti 2012-ci ilin mart ayının 7-si tarixində üçüncü nəsil “iPad” planşetinin təqdimatı ilə yanaşı, 8 Qiqabayt daxili yaddaşa malik “iPad 2” planşetinin büdcəyə uyğun versiyasını təqdim edəcək. Bu barədə elektron komponent təchizatçılarına istinadən “DigiTimes” saytı bildirib.
Tarix: 01/03/12 Azərbaycan ABŞ-da keçiriləcək “İntel®- Beynəlxalq Elm və Mühəndislik Sərgisi”ndə təmsil olunacaq

Azərbaycanda innovativ bacarıqları ilə seçilən şagirdlər özlərini ölkəmizdə ilk dəfə keçirilən “Sabahın alimləri” müsabiqəsində sınayıblar. Artıq Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Mədəd” təşkilatının dəstək verdiyi müsabiqənin qalibləri bəlli olub. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İKT
Tarix: 01/03/12 Taylandda baş vermiş daşqın nəticəsində “Seagate” şirkəti “HDD” seqmentində lider olub

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “IHS iSuppli” analitik şirkəti sərt disk seqmentindəki vəziyyətlə bağlı öz növbəti tədqiqat məlumatlarını dərc edib. Mütəxəssislər qeyd ediblər ki, Taylandda baş vermiş daşqın sərt disk seqmentinin əvvəlki lideri “Western Digital”
Tarix: 01/03/12 “Apple” şirkətinin kapitallaşdırma dəyəri 500 milyard dolları ötüb

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Apple” şirkətinin kapitallaşdırma dəyəri tarixində ilk dəfə olaraq 500 milyard dollar həddini ötüb. 1 səhmin qiyməti 542,44 dollar olub. Beləliklə, “Apple” şirkətinin ümumi kapitallaşdırma dəyəri 505,8 milyard dollar təşkil edib.
Tarix: 01/03/12 Yerli mobil operator beynəlxalq konfransda iştirak edir

“Nar Mobile” işçi qrupu ilə Barselona şəhərində keçirilən “GSMA Mobile World Congress 2012” mobil texnologiyalar sərgi-konfransında iştirak edir. Fevralın 27-dən martın 1-dək davam edən konfransda dünyanın məşhur mobil operatorları və mobil qurğu istehsalçıları son nailiyyətlərini nümayiş etdirir.
Tarix: 01/03/12 YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin İT üzrə bilikləri təkmilləşdirilir

29 fevral tarixində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rayon və şəhər təşkilatları sədrlərinin informasiya texnologiyaları üzrə biliklərinin təkmilləşdirilməsi istiqamətində ikigünlük seminar öz işinə başlayıb. “İCTnews” elektron xəbər xidməti partiyanın rəsmi saytına istinadən məlumat verir ki,
Tarix: 01/03/12 “Kabel” TV regionlar üzrə yayımı genişləndirir

Abunəçilərə yüksək keyfiyyətli rəqəmsal televiziya proqramları təqdim edən “Ailə” TV artıq Gəncə və ətraf ərazilərdə yayımı genişləndirib. Bu istiqamətdə həyata keçirilən test yayımları uğurlu olub. “İCTnews” elektron xəbər xidməti xəbər verir ki, hazırda “Ailə” TV yayımında 9 paket rejimi
Tarix: 01/03/12 “AMD” şirkəti “SeaMicro” server istehsalçısını satın alıb

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, dünyanın ikinci ən böyük prosessor istehsalçısı olan “Advanced Micro Devices” (AMD) “SeaMicro” server istehsalçısını 334 milyon dollara satın alması haqqında məlumat verib. Analitiklər “AMD” şirkətinin bu addımını gözlənilməz adlandırıblar.
Tarix: 01/03/12 ABŞ-ın Energetika Nazirliyi və “Cray” şirkəti birgə superkompyuter hazırlayacaqlar

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, Tennesi ştatında yerləşən Amerikanın Okric Milli fizika laboratoriyası bu il güclü “Titan” superkompyuterinə malik olacaq. Bu layihə üzrə podratçı kimi “Cray” şirkəti çıxış edəcək. “Cray” şirkəti artıq ABŞ-ın Energetika Nazirliyindən 97 milyon dollar dəyərində sərmayə alıb.
Tarix: 01/03/12 Sağlamlıq kartlarının təcili tibbi yardım maşınlarında oxunması üçün sınaqlar aparılacaq

Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan “Vətəndaşların Elektron sağlamlıq kartı”nın yaxın zamanlarda təcili tibbi yardım maşınlarında oxunması üçün sınaqlar aparılacaq. Bu barədə “İCTnews” Elektron xəbər xidmətinə sözügedən nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması
Tarix: 01/03/12 “Bakcell” şirkəti “Bakcell məzunu” proqramının ikinci fazasını elan edir

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti Qafqaz Universitetində “Bakcell məzunu” proqramının ikinci fazasını elan edib. Layihənin əsas məqsədi “Bakcell”in Texniki, Marketinq, Satış və Maliyyə şöbələrində təcrübə keçmək
Tarix: 01/03/12 Dünyanın ən ucuz kompyuteri satışa çıxarılıb

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, dünyanın ən ucuz kompyuteri Böyük Britaniyada satışa çıxarılıb. “Raspberry Pi” kompyuterinin qiyməti cəmisi 35 dollar təşkil edir. Lakin Britaniya istehsalçıları artıq cari ildə 25 dollar qiymətində versiya istehsal etməyə söz veriblər.
Tarix: 29/02/12 Elektron xidmətlər vergi bəyannamələrinin vaxtında verilməsini sürətləndirib

Elektron xidmətlər vergi bəyannamələrinin vaxtında verilməsini sürətləndirib. Ümumiyyətlə, vergilər sahəsində ən vacib islahatlardan olan elektron sistemin tətbiqindən sonra 1,5 milyon bəyannamə, 1,2 hesab-faktura vergi orqanlarına elektron şəkildə təqdim edilib.
Tarix: 29/02/12 Beynəlxalq Telekommunikasiya İttifaqı işçi axtarır

Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) bir sıra vakansiyaların tutulması üçün elan verib. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, təklif olunan vakansiyalar, müraciət müddəti, tələb olunan ixtisaslar və digər faydalı məlumatlar Rabitə və İnformasiya
Tarix: 29/02/12 2011-ci il üzrə server bazarının nəticəsi elan edilib

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, 2011-ci ilin dördüncü rübündə server avadanlıq istehsalçılarının mədaxili 2010-cu il səviyyəsi ilə müqayisədə 5,4% azalıb, lakin tədarüklər 4,5% artıb,- “Gartner” analitik şirkətinin materiallarında belə qeyd edilib. Ümumilikdə 2011-ci il ərzində ən böyük istehsalçıların mədaxili 7,9% artıb.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248