Tarix:29/02/12
Ümumilikdə 2011-ci il ərzində ən böyük istehsalçıların mədaxili 7,9% artıb. “IBM” korporasiyası satılmış serverlərdən əldə olunan mədaxil üzrə, “Hewlett-Packard” (HP) şirkəti isə tədarük edilmiş serverlərin sayına görə lider olub.
2011-ci ilin oktyabr ayında Taylandda baş vermiş daşqına görə yaranmış sərt disk çatışmazlığı tədarüklərdə problem yaradıb və bir çox avadanlıq təchizatçıları bazardakı tələbatla ayaqlaşa bilməyiblər.
2011-ci ilin dördüncü rübündə “IBM” korporasiyası satılmış serverlərdən əldə olunan mədaxil üzrə lider olub. Korporasiya dördüncü rübdə 4,7 milyard dollar həcmində mədaxil əldə edib və server bazarının 33,7%-nə nəzarət edir. Bununla belə, “IBM” şirkətinin mədaxili 2010-cu ilin dördüncü rübü ilə müqayisədə 10,2% azalıb.
Əsas server istehsalçılarından yalnız “Dell” şirkətində 2011-ci ilin dördüncü rübündə 7,3% satış artımı qeyd olunub. Həmçinin, şirkət server bazarındakı payını artırmağı bacardı.
Server tədarükləri üzrə isə “Hewlett-Packard” (HP) şirkəti lider olub. Lakin şirkətin tədarük üzrə bazar payı 1 il ərzində 8,1% azalıb.
EMİL
2011-ci il üzrə server bazarının nəticəsi elan edilib
“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, 2011-ci ilin dördüncü rübündə server avadanlıq istehsalçılarının mədaxili 2010-cu il səviyyəsi ilə müqayisədə 5,4% azalıb, lakin tədarüklər 4,5% artıb,- “Gartner” analitik şirkətinin materiallarında belə qeyd edilib.Ümumilikdə 2011-ci il ərzində ən böyük istehsalçıların mədaxili 7,9% artıb. “IBM” korporasiyası satılmış serverlərdən əldə olunan mədaxil üzrə, “Hewlett-Packard” (HP) şirkəti isə tədarük edilmiş serverlərin sayına görə lider olub.
2011-ci ilin oktyabr ayında Taylandda baş vermiş daşqına görə yaranmış sərt disk çatışmazlığı tədarüklərdə problem yaradıb və bir çox avadanlıq təchizatçıları bazardakı tələbatla ayaqlaşa bilməyiblər.
2011-ci ilin dördüncü rübündə “IBM” korporasiyası satılmış serverlərdən əldə olunan mədaxil üzrə lider olub. Korporasiya dördüncü rübdə 4,7 milyard dollar həcmində mədaxil əldə edib və server bazarının 33,7%-nə nəzarət edir. Bununla belə, “IBM” şirkətinin mədaxili 2010-cu ilin dördüncü rübü ilə müqayisədə 10,2% azalıb.
Əsas server istehsalçılarından yalnız “Dell” şirkətində 2011-ci ilin dördüncü rübündə 7,3% satış artımı qeyd olunub. Həmçinin, şirkət server bazarındakı payını artırmağı bacardı.
Server tədarükləri üzrə isə “Hewlett-Packard” (HP) şirkəti lider olub. Lakin şirkətin tədarük üzrə bazar payı 1 il ərzində 8,1% azalıb.
EMİL
Baxış sayı: 877
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır