Tarix:01/03/12
Fevralın 27-dən martın 1-dək davam edən konfransda dünyanın məşhur mobil operatorları və mobil qurğu istehsalçıları son nailiyyətlərini nümayiş etdirir. Konfrans çərçivəsində “Nar Mobile” bir sıra biznes-seminarlarda iştirak edəcək, forum və sessiyalarda öz təqdimatları ilə çıxış edəcək.
Konfransda “Nar Mobile”-ı təmsil edən şirkətin baş direktoru Yurgen Pitz öz təqdimatı ilə çıxış etməklə yanaşı, tərəfdaşlarla görüşüb, gələcəyə yönəlik geniş əlaqələr qurub. “Nar Mobile” Azərbaycanda innovativ mobil operator kimi tanınır və hər il beynəlxalq konfranslarda iştirak edir. Biz hər il gənc mütəxəssislərimizlə beynəlxalq konfranslarda iştirak edərək onların təcrübəsini genişləndiririk, konfrans zamanı nümayiş olunan yenilikləri xidmətlərimizə tətbiq etməyi nəzərdən keçiririk” - deyə Y. Pitz bildirmişdi.
“GSMA Mobile World Congress” hər il keçirilən, dünyada mobil texnologiyalara həsr olunmuş ən böyük və mühüm konfransdır. Konfransda mobil internet, mobil texnologiya məhsulları və tətbiqləri mövzusunda yeniliklər nümayiş olunur. Bu il sərgi-konfransda “Vodafone”, “Microsoft”, “Orange”, “China Mobile”, “T-Mobile”, “Ericsson” və digər tanınmış şirkətlər iştirak edir.
“Nar Mobile” brendi ilə tanınan “Azerfon” şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır və hazırda ölkənin innovativ və şəffaf telekommunikasiya şirkətidir. “Azerfon” şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80%-ni əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini “3G” texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.
Yerli mobil operator beynəlxalq konfransda iştirak edir
“Nar Mobile” işçi qrupu ilə Barselona şəhərində keçirilən “GSMA Mobile World Congress 2012” mobil texnologiyalar sərgi-konfransında iştirak edir.Fevralın 27-dən martın 1-dək davam edən konfransda dünyanın məşhur mobil operatorları və mobil qurğu istehsalçıları son nailiyyətlərini nümayiş etdirir. Konfrans çərçivəsində “Nar Mobile” bir sıra biznes-seminarlarda iştirak edəcək, forum və sessiyalarda öz təqdimatları ilə çıxış edəcək.
Konfransda “Nar Mobile”-ı təmsil edən şirkətin baş direktoru Yurgen Pitz öz təqdimatı ilə çıxış etməklə yanaşı, tərəfdaşlarla görüşüb, gələcəyə yönəlik geniş əlaqələr qurub. “Nar Mobile” Azərbaycanda innovativ mobil operator kimi tanınır və hər il beynəlxalq konfranslarda iştirak edir. Biz hər il gənc mütəxəssislərimizlə beynəlxalq konfranslarda iştirak edərək onların təcrübəsini genişləndiririk, konfrans zamanı nümayiş olunan yenilikləri xidmətlərimizə tətbiq etməyi nəzərdən keçiririk” - deyə Y. Pitz bildirmişdi.
“GSMA Mobile World Congress” hər il keçirilən, dünyada mobil texnologiyalara həsr olunmuş ən böyük və mühüm konfransdır. Konfransda mobil internet, mobil texnologiya məhsulları və tətbiqləri mövzusunda yeniliklər nümayiş olunur. Bu il sərgi-konfransda “Vodafone”, “Microsoft”, “Orange”, “China Mobile”, “T-Mobile”, “Ericsson” və digər tanınmış şirkətlər iştirak edir.
“Nar Mobile” brendi ilə tanınan “Azerfon” şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır və hazırda ölkənin innovativ və şəffaf telekommunikasiya şirkətidir. “Azerfon” şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80%-ni əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini “3G” texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.
Baxış sayı: 1130
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır