Tarix:01/03/12
“Cray” şirkətindən bildiriblər ki, birinci mərhələdə kompyuterin gücü 10 petaflops/san (1 saniyədə kvadrillion əməliyyat), lakin sonradan 20 petaflops/san təşkil edəcək. Okric Laboratoriyasından bildiriblər ki, hazırda onlar “Cray” şirkətinin istehsalı olan superkompyuterə malikdirlər, lakin yeni sistem çox güclü və daha müasir olacaq.
Hazırda ABŞ ərazisində ən güclü superkompyuter “Jaguar” sistemi sayılır. Bu sistemi də “Cray” şirkəti istehsal edib. Lakin yalnız mərkəzi prosessor bazasında quraşdırılmış bu maşının gücü 2.33 petaflops/san təşkil edir. “Jaguar” maşınından fərqli olaraq, “Titan” superkompyuteri həm mərkəzi “x86” çiplər əsasında, həm də “Nvidia Tesla” qrafik prosessorları əsasında işləyəcək.
Məlumat üçün bildirim ki, hazırda dünyada ən güclü superkompyuter Yaponiyada işə salınmış 8 petaflops/san gücə malik “K Computer” maşınıdır. O, 69000 ədəd səkkiznüvəli “SPARC” prosessorları əsasında işləyir.
EMİL
ABŞ-ın Energetika Nazirliyi və “Cray” şirkəti birgə superkompyuter hazırlayacaqlar
“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, Tennesi ştatında yerləşən Amerikanın Okric Milli fizika laboratoriyası bu il güclü “Titan” superkompyuterinə malik olacaq. Bu layihə üzrə podratçı kimi “Cray” şirkəti çıxış edəcək. “Cray” şirkəti artıq ABŞ-ın Energetika Nazirliyindən 97 milyon dollar dəyərində sərmayə alıb.“Cray” şirkətindən bildiriblər ki, birinci mərhələdə kompyuterin gücü 10 petaflops/san (1 saniyədə kvadrillion əməliyyat), lakin sonradan 20 petaflops/san təşkil edəcək. Okric Laboratoriyasından bildiriblər ki, hazırda onlar “Cray” şirkətinin istehsalı olan superkompyuterə malikdirlər, lakin yeni sistem çox güclü və daha müasir olacaq.
Hazırda ABŞ ərazisində ən güclü superkompyuter “Jaguar” sistemi sayılır. Bu sistemi də “Cray” şirkəti istehsal edib. Lakin yalnız mərkəzi prosessor bazasında quraşdırılmış bu maşının gücü 2.33 petaflops/san təşkil edir. “Jaguar” maşınından fərqli olaraq, “Titan” superkompyuteri həm mərkəzi “x86” çiplər əsasında, həm də “Nvidia Tesla” qrafik prosessorları əsasında işləyəcək.
Məlumat üçün bildirim ki, hazırda dünyada ən güclü superkompyuter Yaponiyada işə salınmış 8 petaflops/san gücə malik “K Computer” maşınıdır. O, 69000 ədəd səkkiznüvəli “SPARC” prosessorları əsasında işləyir.
EMİL
Baxış sayı: 935
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır