Tarix: 05/08/11 Nokia Siemens Networks” 1500 əməkdaşını işdən çıxarır

Telekommunikasiya avadanlığının ən böyük istehsalçılarından biri “Nokia Siemens Networks” (NSN) şirkəti “Motorola” şirkətindən alınmış müəssisə tərkibində işləyən 1500 əməkdaşını işdən çıxarmağa hazırlaşır.
Tarix: 05/08/11 Smartfon bazarının lideri dəyişib

“İDC” tədqiqat agentliyinin məlumatına görə, 2011-ci ilin ikinci rübündə “Apple” şirkəti digər istehsalçılardan daha çox smartfon tədarük edib. 20,3 milyon istehsal edilmiş aparat Kaliforniya nəhənginə bütün şirkətlər arasında birinci yeri tutmağa və 19.1% paya malik olmağa icazə verib.
Tarix: 05/08/11 ABŞ-ın yeni İT hökmdarı “Microsoft” şirkətinin veteranı olub

ABŞ-ın informasiya texnologiyaları üzrə yeni direktoru Bil Qeytsin keçmiş köməkçisi və “Microsoft” şirkətinin top-meneceri Rokel olacaq. Bu barədə, “The New-York Times” qəzeti məlumat yayıb.
Tarix: 05/08/11 Microsoft” şirkəti “Android” satışlarından daha çox qazanc əldə edib

“Microsoft” şirkəti ikinci rübdə lisenziya ayırmaları nəticəsində “Android” satışlarından “Windows Phone 7” ilə müqayisədə təxminən 3 dəfə daha çox qazanc əldə edib. “Asymco” şirkətinin analitikləri belə nəticəyə gəliblər. Yalnız Tayvan istehsalçısı “HTC” hər “Android” smartfon üçün “Microsoft” şirkətinə 5 dollar ödəyir.
Tarix: 05/08/11 Mobil qurğular məhsuldarlığa görə fərdi kompyuterə çatır

“ARM Media Processing” bölməsinin strateji marketinq üzrə vitse-prezidenti Kevin Smit əmindir ki, bir neçə ildən sonra mobil qurğular (smartfon və planşet kompyuterləri kimi) fərdi kompyuterlə məhsuldarlıq üzrə bərabər olacaqlar.
Tarix: 05/08/11 “Sony” şirkəti televizor istehsalından imtina etməyəcək

İstehlak elektronikasının yapon nəhəngi olan “Sony” şirkəti televizor istehsalından imtina etməyə və “Samsung Electronics” ilə birlikdə televiziya panellərinin istehsalı biznesindən çıxmağa hazırlaşmır.
Tarix: 05/08/11 Hindistanda 35 dollarlıq noutbuk istehsal ediləcək

Hindistanın insan resurslarının inkişafı üzrə naziri Kapil Sibal söz verib ki, sentyabr ayının sonuna kimi təxminən 35 dollar dəyərində olan noutbuklar təqdim ediləcək.
Tarix: 05/08/11 Azərbaycanda "Google" serverlərinin yerləşdirilməsinə başlanılıb

Azərbaycanın ilk provayderi "Delta Telecom" DATA mərkəzində "Google" axtarış sisteminin serverlərinin instalyasiyasına başlayıb. Bu barədə şirkətin texniki direktoru Rahid Ələkbərli deyib. Onun sözlərinə görə, bu istiqamətdə işlər artıq avqustun ikinci rübündə başa çatmalıdır.
Tarix: 05/08/11 “Nar Mobile” dan limitsiz SMS

“Azerfon” MMC “Limisiz SMS” paketi təqdim edir. SMS paketini sifariş etdikdə “Nar Mobile” abunəçilərinə 1 manata həftə ərzində limitsiz SMS göndərmək mümkündür. Bundan əlavə, 20 şəbəkə xarici SMS hədiyyə olacaqdır.
Tarix: 04/08/11 İnformasiya texnologiyaları sektorunun ən zövqsüz geyinən məşhurları

“GQ” jurnalı Silisium vadisinin 15 ən zövqsüz geyinən biznesmeninin reytinqini dərc edib. Reytinqdə birinci yeri dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook”un yaradıcısı Mark Sukerberq tutub. Siyahı tərtibçilərinin sözlərinə görə, 27 yaşlı biznesmenin stili o qədər acınacaqlıdır ki, zarafatyana onu “brend” adlandırıblar.
Tarix: 04/08/11 “Hitachi” televizor istehsal edən fabriki bağlamağa hazırlaşır

Bu gün aydın olub ki, “Hitachi” şirkəti televizor istehsal edən yapon fabrikinin bağlanması imkanını nəzərdən keçirib. Digər TV brendlər kimi, “Hitachi” də televiziya seqmentini yenidən təşkil etmək üçün səy göstərir.
Tarix: 04/08/11 Plazma TV-lər dəbdən düşür?!

“DisplaySearch”-ın yeni proqnozuna əsasən, 2011-ci ildə dünya bazarına 210 milyon maye kristal televizor tədarük olunacaq. Məlumat üçün qeyd edək ki, keçən il bu göstərici 192 milyon olub.
Tarix: 04/08/11 Çində “İnternet Texnologiyaları və Tətbiqləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Çində 16-18 avqust 2011-ci il tarixlərdə “İnternet Texnologiyaları və Tətbiqləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü prof. Rasim Əliquliyev
Tarix: 04/08/11 “Fujitsu”: planşetlər kompyuter və noutbukları əvəz edəcək

Stolüstü kompyuterlər və noutbuklar bazarda yeri planşetlərə güzəştə getməli olacaqlar. “Fujitsu” şirkətinin nümayəndəsi Cozef Redjer belə bir bəyanatla çıxış edib. Onun sözlərinə görə, ənənəvi kompyuterlər yalnız biznes-seqmentdə üstün olacaqlar.
Tarix: 04/08/11 “Balacalara Kompyuter”

Mərkəzi ofisi Hollandiyada yerləşən “Balacalara Kompyuter” fondu (PCs4Kids Foundation) Azərbaycanda yeni layihənin həyata keçirilməsinə başlayıb. Layihənin məqsədi uşaqların həyatını zənginləşdirmək, onlara oynayarkən həm əylənmək, həm də öyrənmək imkanı yaratmaqdır.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248