12px13px15px17px
Tarix:05/08/11

Azərbaycanda "Google" serverlərinin yerləşdirilməsinə başlanılıb

Azərbaycanın ilk provayderi "Delta Telecom" DATA mərkəzində "Google" axtarış sisteminin serverlərinin instalyasiyasına başlayıb. Bu barədə şirkətin texniki direktoru Rahid Ələkbərli deyib. Onun sözlərinə görə, bu istiqamətdə işlər artıq avqustun ikinci rübündə başa çatmalıdır. "Google" serverlərinin Azərbaycan ərazisində yerləşdirilməsi provayderin xərclərini azaltmağa imkan verəcək. Belə ki, bu halda tranzit ölkələrə trafik axınına görə ödənişə ehtiyac olmur. Azərbaycanda axtarış sisteminin serverlərinin olması Azərbaycan istifadəçiləri üçün axtarışın keyfiyyətini artırmağa imkan verəcək, belə ki, nəticələr böyük sürətlə emal ediləcək. "DeltaTelecom"da lazımi infrastrukturun olması "Google" şirkətinin AzNET seqmentini seçməkdə əsas amil olub. "DeltaTelecom" DATA mərkəzi internet resursların saxlanılması üçün nəzərdə tutulan xüsusiləşdirilmiş texniki meydançadır. Mərkəzin mühəndis sistemləri orada yerləşən resursların işini sutka ərzində təmin edərək onların öz funksiyasını yerinə yetirməyə zəmanət verir.



Baxış sayı: 1403

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






07 İyun 2020

06 06 2020

06/06/20
“Facebook”da bütün mediakontentin “Google Photo” xidmətinə daşınması imkanı əlçatan olub

“Facebook” sosial şəbəkəsində foto və videoların “Google Photo” “bulud” xidmətinə köçürülməs

06/06/20
Sinqapurda koronavirusa yoluxmaların izlənilməsi üçün sakinlərə çip paylamaq istəyirlər

Sinqapurda koronavirusa yoluxmaların izlənilməsi üçün sakinlərə çip paylamaq 

06/06/20
“Motorola” iki yeni ucuz smartfonunu təqdim edib

“Motorola” şirkəti başlanğıc səviyyəli iki yeni smartfonunu təqdim edib