12px13px15px17px
Tarix:05/08/11

ABŞ-ın yeni İT hökmdarı “Microsoft” şirkətinin veteranı olub

ABŞ-ın informasiya texnologiyaları üzrə yeni direktoru Bil Qeytsin keçmiş köməkçisi və “Microsoft” şirkətinin top-meneceri Rokel olacaq. Bu barədə, “The New-York Times” qəzeti məlumat yayıb.
41 yaşlı Stiven Van Rokel 2009-cu ildə Barak Obamanın inaqurasiya mərasimindən dərhal sonra ABŞ prezidentinin administrasiyasına qoşulub. O, burada ABŞ Federal Komissiyasının Rabitə məsələləri üzrə  icraedici direktor mövqeyini tutub. Bu vəzifədə o, komissiyanı müasir texnologiyalardan aktiv istifadə edən ən innovasiyalı dövlət departamentlərindən birinə çevirə bilib.
"Biznes və informasiya sistemləri" ixtisası üzrə Ayova ştatının universitetini bitirən Rokel 15 il “Microsoft” şirkətində işləyib. O, şirkətdə korporasiyanın rəhbəri Bil Qeytsin şəxsi köməkçisindən “Microsoft Windows Server and Tools Division” bölməsinin baş direktoruna qədər müxtəlif vəzifələrdə çalışıb.



Baxış sayı: 2198

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024