12px13px15px17px
Tarix:04/08/11

Plazma TV-lər dəbdən düşür?!

“DisplaySearch”-ın yeni proqnozuna əsasən, 2011-ci ildə dünya bazarına 210 milyon maye kristal televizor tədarük olunacaq.
Məlumat üçün qeyd edək ki, keçən il bu göstərici 192 milyon olub. Bundan əvvəl analitiklər 217 milyon televizor tədarük olunacağını proqnozlaşdırırdılar. Şimali Amerika, Avropa və Yaponiyada bu məhsullara tələbatın azalması qiymətlərdə də dəyişikliyə gətirib çıxarıb.
Diod işıq və “3D” təsvir texnologiyaları sayəsində təchizatçılara maye kristal televizor satışında gəlir artımını saxlamağa kömək edib. “DisplaySearch”-in proqnozlarına görə, 2013-cü ilədək qeyd olunan texnologiyalarda qiymət artımı olmayacaq .
2011-ci ildə plazma texnologiyası tədarük həcminə görə dünya bazarının təxminən 7%-ni tutacaq.



Baxış sayı: 1831

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024