Tarix:24/02/12
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, qlobal şəbəkənin verdiyi imkanlardan yararlanan komissiya 2010-cu ildən bu istiqamətdə yeni layihə həyata keçirməyə başlayıb.
Təcrübəli ekspertlərin qəbul imtahanı fənləri üzrə videomühazirələri hazırlanır və komissiyanın internet saytında yerləşdirilir. Hazırda bu layihə üzərində təkmilləşdirmə işləri həyata keçirilir. Yeni videomühazirələrin hazırlanmasında iştirak etmək istəyən müəllimlər TQDK-ya müraciət etməklə bu layihənin iştirakçısı ola bilərlər.
Həmin şəxslərdən orta ümumtəhsil müəssisələrində müvafiq fənn üzrə qüvvədə olan tədris proqramlarını və dərslikləri dərindən bilən, bu sahədə müəyyən göstəriciləri olan, yüksək pedaqoji məharəti, səlis nitq qabiliyyəti, müasir təlim bacarıqlarına malik olanlar seçilərək qəbul proqramlarına uyğun mövzular üzrə videomühazirələrin hazırlanmasına cəlb olunacaqlar.
Bu prosesdə iştirak etmək istəyən müəllimlər 2012-ci il martın 1-dək özlərinə aid məlumatları – çalışdığı orta məktəb, pedaqoji stajı və s. fotoşəkli ilə birgə “press@tqdk.gov.az” elektron poçtuna göndərə bilərlər.
CAHANGİR
TQDK videomühazirələr layihəsini təkmilləşdirir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xüsusi diqqət yetirdiyi sahələrdən biri də qəbul imtahanlarına fərdi qaydada müstəqil hazırlaşan abituriyentlərə metodiki kömək göstərilməsidir.“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, qlobal şəbəkənin verdiyi imkanlardan yararlanan komissiya 2010-cu ildən bu istiqamətdə yeni layihə həyata keçirməyə başlayıb.
Təcrübəli ekspertlərin qəbul imtahanı fənləri üzrə videomühazirələri hazırlanır və komissiyanın internet saytında yerləşdirilir. Hazırda bu layihə üzərində təkmilləşdirmə işləri həyata keçirilir. Yeni videomühazirələrin hazırlanmasında iştirak etmək istəyən müəllimlər TQDK-ya müraciət etməklə bu layihənin iştirakçısı ola bilərlər.
Həmin şəxslərdən orta ümumtəhsil müəssisələrində müvafiq fənn üzrə qüvvədə olan tədris proqramlarını və dərslikləri dərindən bilən, bu sahədə müəyyən göstəriciləri olan, yüksək pedaqoji məharəti, səlis nitq qabiliyyəti, müasir təlim bacarıqlarına malik olanlar seçilərək qəbul proqramlarına uyğun mövzular üzrə videomühazirələrin hazırlanmasına cəlb olunacaqlar.
Bu prosesdə iştirak etmək istəyən müəllimlər 2012-ci il martın 1-dək özlərinə aid məlumatları – çalışdığı orta məktəb, pedaqoji stajı və s. fotoşəkli ilə birgə “press@tqdk.gov.az” elektron poçtuna göndərə bilərlər.
CAHANGİR
Baxış sayı: 1303
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib