12px13px15px17px
Tarix:24/02/12

Kiyevdə «İnternetdə cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin axını» mövzusunda seminar keçiriləcək

Bu ilin fevralın 27-29-da Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının Kibercinayətkarlığa qarşı mübarizə layihəsi ilə əlaqədar Ukraynanın paytaxtı Kiyev şəhərində «İnternetdə cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin axını» mövzusunda seminar keçiriləcək.

Seminarda iştirak etmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov Kiyevə ezam olunacaq.  Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, bu tədbirdə kibercinayətkarlığa qarşı mübarizənin müxtəlif aspektləri müzakirə olunacaq: «Tədbir Avropa İttifaqının Avropa Şurası vəsitəsi ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində «Yardım aləti» istiqamətində keçirilir. Bunun özü də artıq bir neçə aydır ki, davam edir və müxtəlif istiqamətləri əhatə edir. O cümlədən kibercinayətkarlığa qarşı mübarizə də onun bir istiqamətidir.

Bu layihənin məqsədi Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin kibercinayətkarlıq sahəsində mövcud olan, beynəlxalq hüquqi çərçivədən irəli gələn öhdəliklərin yerinə yetirilməsində Avropa Şurası tərəfindən ekspert yardımın göstərilməsi və həmin ölkələrin kibercinayətkarlığa qarşı mübarizə üzrə hüquqi və praktik imkanlarının artırılmasıdır».
 
SEYMUR




Baxış sayı: 1511

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024