Tarix:24/02/12
“Exynos” çipləri 2 və 4 nüvəli variantda hazırlana bilər və 200 MHs-dən 1,5 QHs-ə qədər takt tezliyində işləyə bilər. Məlumat üçün bildirim ki, “Samsung Electronics” şirkətinin bütün mobil prosessorları indiyə qədər 45 nanometr texnoloji proses əsasında istehsal edilirdi.
Lakin “Exynos” çipləri şirkətin 32 nanometr texnoloji proses üzrə istehsal edilən ilk həllidir. Yeni istehsalat prosesinə keçid nəticəsində çiplərin fiziki ölçülərini, enerji istehlakını azaltmaq, həmçinin məhsuldarlığı artırmaq mümkün olacaq.
Yeni “Exynos” prosessorlarının “LP DDR2” və ya “DDR3” yaddaşı ilə işləyəcəyi bildirilib . Həmçinin şirkətdən bildirilib ki, yeni prosessorlar əvvəlki nəsil prosessorları ilə müqayisədə 26 % məhsuldarlıq artımı təmin edəcək.
“Samsung” şirkəti daha məhsuldar mobil prosessor təqdim edib
“İCTnews” elektron xəbər xidməti “http://cybersecurity.ru” resursuna istinadən xəbər verir ki, San-Fransiskoda keçirilmiş “ISSCC” (International Solid-State Circuits Conference) konfransında “Samsung Electronics” şirkəti mobil qurğularda istifadə edilmək üçün nəzərdə tutulmuş “Exynos” prosessorlarının yeni xəttini təqdim edib.“Exynos” çipləri 2 və 4 nüvəli variantda hazırlana bilər və 200 MHs-dən 1,5 QHs-ə qədər takt tezliyində işləyə bilər. Məlumat üçün bildirim ki, “Samsung Electronics” şirkətinin bütün mobil prosessorları indiyə qədər 45 nanometr texnoloji proses əsasında istehsal edilirdi.
Lakin “Exynos” çipləri şirkətin 32 nanometr texnoloji proses üzrə istehsal edilən ilk həllidir. Yeni istehsalat prosesinə keçid nəticəsində çiplərin fiziki ölçülərini, enerji istehlakını azaltmaq, həmçinin məhsuldarlığı artırmaq mümkün olacaq.
Yeni “Exynos” prosessorlarının “LP DDR2” və ya “DDR3” yaddaşı ilə işləyəcəyi bildirilib . Həmçinin şirkətdən bildirilib ki, yeni prosessorlar əvvəlki nəsil prosessorları ilə müqayisədə 26 % məhsuldarlıq artımı təmin edəcək.
Baxış sayı: 1247
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır