12px13px15px17px
Tarix:24/02/12

“Nokia” yeni smartfonlar təqdim edəcək

“İCTnews” elektron xəbər xidməti “digit.ru” resursuna istinadən xəbər verir ki , “Nokia” şirkəti fevral ayının 27-si tarixində İspaniyada keçiriləcək “Mobile World Congress” (MWC) sərgisi çərçivəsində yeni smartfonlar təqdim edəcək.

Təqdim ediləcək smartfonlardan biri yüksək kəskinlikli kamera ilə təchiz ediləcək. Bu barədə etibarlı mənbələrə istinadən “Bloomberg” yazıb. Bu aparat “Symbian” platformasında işləyəcək.

“Röyters” xəbər agentliyinin məlumatına görə, Finlandiya  istehsalçısı “MWC” sərgisində, həmçinin “Windows Phone” əməliyyat sistemi əsasında işləyəcək ucuz “Lumia 610” aparatını təqdim edəcək.
“Strategy Analytics” analitik şirkətinin məlumatına görə, “Nokia” şirkəti  2011-ci ilin dördüncü rübündə smartfon bazarının 12,6%-nə nəzarət edib.

Qeyd edim ki, “Mobile World Congress” dünyada mobil rabitəyə həsr edilmiş ən böyük sərgidir. Sərgi fevralın 27-dən martın 1-dək İspaniyanın  Barselona şəhərində keçiriləcək.

EMİL
 




Baxış sayı: 1298

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024