Tarix:24/02/12
Bu sözləri təhsil naziri Misir Mərdanov söyləyib. Nazir bildirib ki, ölkəmizin bir sıra orta ümumi təhsil müəssisələrində fəaliyyət göstərən kiçik akademiyalar şagirdləri məktəb illərindən elmi-tədqiqatlara cəlb edərək onları yeni elmi axtarışlara sövq edir.
"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, "Sabahın alimləri" Respublika müsabiqəsinin açılışında M.Mərdanov deyib ki, müsabiqəyə təqdim olunmuş 47 elmi layihədən 18-i kollektiv, 29-u isə fərdi şəkildə hazırlanıb.
Şagirdlərin elmi layihələrinin riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompyuter elmləri kateqoriyaları üzrə qiymətləndiriləcəyini söyləyən Misir Mərdanov müsabiqəyə yalnız yeni elmi ideyası, eksperimentin, mühəndis layihəsinin texniki təsviri, innovativ kompyuter proqramı vasitəsilə tərtib olunmuş layihələrin qəbul edildiyini vurğulayıb.
SEYMUR
Misir Mərdanov: «Şagirdlərin yeni informasiya texnologiyalarından bəhrələnməsi üçün geniş imkanlar yaradılıb»
«Azərbaycanda təhsil sahəsində aparılan islahatların, ümumi təhsil müəssisələrində tətbiq olunan kurrikulumların yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin yetişdirilməsinə xidmət etdiyini, şagirdlərin tədqiqat aparması və yeni informasiya texnologiyalarından bəhrələnməsi üçün geniş imkanlar yaradılıb».Bu sözləri təhsil naziri Misir Mərdanov söyləyib. Nazir bildirib ki, ölkəmizin bir sıra orta ümumi təhsil müəssisələrində fəaliyyət göstərən kiçik akademiyalar şagirdləri məktəb illərindən elmi-tədqiqatlara cəlb edərək onları yeni elmi axtarışlara sövq edir.
"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, "Sabahın alimləri" Respublika müsabiqəsinin açılışında M.Mərdanov deyib ki, müsabiqəyə təqdim olunmuş 47 elmi layihədən 18-i kollektiv, 29-u isə fərdi şəkildə hazırlanıb.
Şagirdlərin elmi layihələrinin riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompyuter elmləri kateqoriyaları üzrə qiymətləndiriləcəyini söyləyən Misir Mərdanov müsabiqəyə yalnız yeni elmi ideyası, eksperimentin, mühəndis layihəsinin texniki təsviri, innovativ kompyuter proqramı vasitəsilə tərtib olunmuş layihələrin qəbul edildiyini vurğulayıb.
SEYMUR
Baxış sayı: 1325
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır