12px13px15px17px
Tarix:04/07/11

“Azercell”dən güzəştli yay kampaniyası

“Azercell Telekom”un SimSim abonentləri üçün YAY KAMPANİYASI adlanan yeni layihəsi “Fakturasız xətt” abonentlərinə ölkədaxili zənglərdə inanılmaz qiymətlərlə danışmağa və yazışmağa fürsət yaradacaq. Kampaniya bu gündən start götürür.
Bir ay müddətinə nəzərdə tutulan YAY KAMPANİYASI çərçivəsində abonentlər ölkədaxili zənglərdə 1 dəqiqə üçün cəmi 3 qəpik ödəyəcəklər. Eyni istiqamətdə SMS-lərin qiyməti isə çox simvolikdir: CƏMİ 1 qəpik! Bununla yanaşı, GəncSim tarif paketinin abonentləri 3-cü dəqiqədən sonra 40 dəqiqəyədək pulsuz danışmağa davam edəcəklər.
YAY KAMPANİYASI çərçivəsində nəzərdə tutulan bonuslar 10 manatlıq və daha çox nominalda kart yükləyəndən sonra veriləcək və 30 gün qüvvədə olacaq. Qeyd edək ki, yeni kampaniya çərçivəsində hesablaşma intervalı dəyişməz olaraq 10 saniyə təşkil edəcək.



Baxış sayı: 2874

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024