12px13px15px17px
Tarix:25/02/12

“Xalq kompyuteri” layihəsi çərçivəsində kompyuter satışı 17 mini ötüb

"Xalq kompyuteri"  layihəsi çərçivəsində satılan kompyuterlərin sayı artıq 17158 ədədə çatıb. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, satılan kompyuterlərin təqribən 20%-i paytaxt, 80%-i isə bölgələrdə yaşayan əhalinin payına düşür.

Hazırda bu layihə orta məktəb müəllimləri və şagirdlərinin, ali təhsil müəssisələrinin müəllim və tələbələrinin, dövlət qulluqçularının, həmçinin səhiyyə işçilərinin ailələrinə  güzəştli şərtlərlə kompyuterə sahib olmaq imkanını təqdim edir.

"Xalq kompyuteri" layihəsinin əsas məqsədi əhalinin sosial təbəqələrinin müasir kompyuterlə və lisenziyalı proqramlarla təchiz edilmiş güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və "e-hökumət"in inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir. 

Layihənin ümumi konsepsiyası bir sıra mühüm dövlət proqramlarına, o cümlədən "Elektron Azərbaycan" Dövlət Proqramına və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na tam uyğundur. 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Təhsil Nazirliyi tərəfindən təşkil olunan layihə "Microsoft" və "HP" şirkətləri tərəfindən təqdim edilir və təchizat isə "HP" şirkətinin yerli partnyoru olan "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir. Layihədə həmçinin "Azercell" və "Azerfon" mobil rabitə operatorları iştirak edir. Kompyuterlərin çatdırılması və aylıq ödənişlərin qəbulu "Azərpoçt" MMC tərəfindən həyata keçirilir.

CAHANGİR




Baxış sayı: 1387

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024