12px13px15px17px
Tarix:04/07/11

Sosial şəbəkələrdə spam hücumlar çoxalıb

“Symantec” antivirus şirkəti sosial şəbəkələrdə spammerlərin fəallıqlarının artması haqqında məlumat yayıb. Şirkət tərəfindən keçirilmiş tədqiqata əsasən, spam hücumların sayı 2011-ci ilin aprel ayından iyun ayına kimi artıb. Tədqiqat göstərib ki, sosial şəbəkələrdə spam fəallıq dalğavari yayılır və müəyyən qrafikə əsaslanır. Dərc edilmiş diaqramda görünür ki, aprel ayının əvvəlində ən çox “Facebook”, ortalarında “Twitter” və may ayının ikinci yarısından “Youtube” spam hücumlarına məruz qalıb. “Symantec” tədqiqatçıları qeyd ediblər ki, spam hücumlar adətən 15-20 gün davam edir.
Hücumların əksəriyyəti botnetlərdən olur. Sosial şəbəkələrə spam hücumlarının təxminən 53%-i Amerika İP ünvanlarından, 19%-i isə Avropa botnetlərindən edilib. İstifadəçilərin şifrələrinin əldə edilməsi üçün "sosial injenerinq"dən istifadə edən kibercinayətkarların fəallığı da artıb. Kibercinayətkarlar sosial şəbəkələr adından məktublar göndərir, fişinq və digər oxşar texnologiyalardan istifadə edirlər.



Baxış sayı: 1028

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024