12px13px15px17px
Tarix:02/03/12

“CeBIT 2012” sərgisində İT sahəsində yeniliklərlə çıxış etmiş şəxslər mükafatlandırılacaq

Mart ayının 6-da Almaniyanın Hannover şəhərində "CeBIT 2012" beynəlxalq informasiya texnologiyaları sərgisi işə başlayacaq və martın 10-a qədər davam edəcək. Tədbir sahənin dörd seqmentini işıqlandırır: biznes (CeBIT pro) üçün ixtisaslaşdırılmış İT-həllər, istehlakçılar (CeBIT life), dövlət sektorları (CeBIT gov), elmi araşdırmalar və innovasiyaların (CeBIT lab) inkişafı.

Tədbir çərçivəsində seminarlar, dəyirmi masalar, müzakirələr və İT sahəsində yeniliklərlə çıxış etmiş şəxslərin mükafatlandırılması mərasimi keçiriləcək.  Sərgidə təxminən 60 ölkədən 5000-dən çox jurnalist və bloggerin iştirak edəcəyi gözlənilir.

2011-ci ildə "CeBIT" sərgisinin nəticələrinin rəsmi statistikasına nəzər saldıqda sərgi sahəsinin 282 200 kv.m təşkil etdiyini, 70 ölkədən 4200 şirkətin iştirak etdiyini və ziyarətçilərin sayının 90 ölkədən 339 000 insan təşkil etdiyini görmək olar."Deutsche Messe AG Hannover" şirkətinin təşkilatçılığı ilə "Hannover Messe" mərkəzində başa tutacaq.
 




Baxış sayı: 953

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024