12px13px15px17px
Tarix:02/03/12

Mübariz Qurbanlı: «Gənclərimiz sosial şəbəkələrdə çox geniş fəaliyyət göstərirlər»

«Gənclərimiz sosial şəbəkələrdə çox geniş fəaliyyət göstərirlər. Partiyamızın gəncləri “Böyük xalq dəstəyi” adlı internet şəbəkədə bloq açıblar. Bloqda Azərbaycan hakimiyyətinin bütövlükdə həyata keçirdiyi siyasət təşviq olunur». “İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.

O bildirib ki, ermənilər müxtəlif sosial şəbəkələrdə Azərbaycan əleyhinə yalan məlumatlar yayırlar və bu yalan məlumatlar vasitəsilə ölkəmizin imicinə xələl gətirməyə cəhd göstərirlər: «Bizim əsas hədəflərimizdən biri ermənilərin antiazərbaycan təbliğatına qarşı geniş və çoxşaxəli fəaliyyət göstərməkdir.

Bünun üçün də hazırladığımız proqram əsasında ciddi işlər görülməkdədir. Gənclərimiz ermənilərin sosial şəbəkələrdə yaydığı yalanları ifşa etmək istiqamətində ciddi fəaliyyət göstərirlər.

Eyni zamanda, Azərbaycanı təbliğ və təşviq edən çoxsaylı məlumatları, videoçarxları xarici saytlara yerləşdirirlər. Digər tərəfdən, hakim partiya olaraq iqtidarın fəaliyyətini, azərbaycançılığı, iqtisadi inkişafımızı, ordumuzun gücünü, mədəniyyətimizi, turizm imkanlarımızı təşviq edirik».
 
SEYMUR




Baxış sayı: 955

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024