Tarix:02/03/12
"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, "Texnikabank" nağdsız ödənişlərin inkişafı üzrə dövlət proqramı layihəsində aktiv iştirak edərək, qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan nağdsız, elektron ödənişlərin həyata kecirilməsi istiqamətində əməli tədbirlər görməkdədir və artıq bu istiqamətdə müxtəlif layihələrə imza atmışdır.
Dövlət Yol Polisi xidmətində, Notariat kontorlarında, eyni zamanda xidmət və ticarət sahələrində nağdsız və kartlar vasitəsilə ödənişlərin həyata keçirilməsi üçün köşklər və POS-terminallar quraşdırılmışdır.
Cərimələrin nağdsız və yerində ödənişini həyata keçirmək məqsədi ilə bank tərəfindən Dövlət Yol Polisi xidməti 400 POS-terminalla təmin edilmiş və 36 köşk yerləşdirilmişdir. Eyni zamanda Notariat kontorlarında 93 köşk, xidmət və ticarət sahələrində isə 2000 POS-terminal quraşdırılmışdır.
Nağdsız, elektron ödənişlərin inkişafı istiqamətində "Texnikabank" yeni layihələr hazırlayır və tezliklə digər sahələrdə də elektron ödənişlərin həyata keçirilməsi təmin ediləcəkdir.
Dövlət Proqramına əsaslanan layihələrdə bankın əsas məqsədi geniş əhali təbəqəsinin elektron ödəniş sistemlərinin imkanlarından daha fəal istifadəyə cəlb edilməsidir.
CAHANGİR
Yerli bank POS-terminallar quraşdırır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən nağdsız ödənişlərin inkişafı üzrə dövlət proqramı təsdiq olunmuş və Mərkəzi Bank tərəfindən Milli Ödəniş Sisteminin yaradılması və inkişafı Strategiyasına müvafiq olaraq elektron hesablaşma sistemlərinin yaradılıb istifadəyə verilməsi istiqamətində geniş islahatlar aparılmış, nəticədə hesablaşmaların ən qısa zamanda başa çatdırılmasına, pul dövriyyəsinin sürətinin nəzərəçarpacaq dərəcədə artmasına, banklar tərəfindən likvidliyin daha çevik idarə olunmasına, böyük məbləğli və təcili ödənişlərin real vaxt rejimində (onlayn) həyata keçirilməsinə imkan yaratmışdır."İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, "Texnikabank" nağdsız ödənişlərin inkişafı üzrə dövlət proqramı layihəsində aktiv iştirak edərək, qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan nağdsız, elektron ödənişlərin həyata kecirilməsi istiqamətində əməli tədbirlər görməkdədir və artıq bu istiqamətdə müxtəlif layihələrə imza atmışdır.
Dövlət Yol Polisi xidmətində, Notariat kontorlarında, eyni zamanda xidmət və ticarət sahələrində nağdsız və kartlar vasitəsilə ödənişlərin həyata keçirilməsi üçün köşklər və POS-terminallar quraşdırılmışdır.
Cərimələrin nağdsız və yerində ödənişini həyata keçirmək məqsədi ilə bank tərəfindən Dövlət Yol Polisi xidməti 400 POS-terminalla təmin edilmiş və 36 köşk yerləşdirilmişdir. Eyni zamanda Notariat kontorlarında 93 köşk, xidmət və ticarət sahələrində isə 2000 POS-terminal quraşdırılmışdır.
Nağdsız, elektron ödənişlərin inkişafı istiqamətində "Texnikabank" yeni layihələr hazırlayır və tezliklə digər sahələrdə də elektron ödənişlərin həyata keçirilməsi təmin ediləcəkdir.
Dövlət Proqramına əsaslanan layihələrdə bankın əsas məqsədi geniş əhali təbəqəsinin elektron ödəniş sistemlərinin imkanlarından daha fəal istifadəyə cəlb edilməsidir.
CAHANGİR
Baxış sayı: 1027
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır