12px13px15px17px
Tarix:05/07/11

Azərbaycanda kompyuter istifadəçilərinin sayı 17,2 faiz artıb

2011-ci ilin əvvəlinə olan vəziyyətə görə, ölkə əhalisində kompyuterlərin sayı 419,8 min ədəd təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2010-cu il ərzində kompyuter parkının artımı 72,5 min ədəd (17,2 faiz) təşkil edib. Ev istifadəçiləri arasında kompyuterlərin xüsusi çəkisi son bir il ərzində 18,2 faizdən 21,7 faizədək, hər 100 nəfərin payına düşən kompyuterlərin sayı isə 3,9 ədəddən 4,6 ədədək artıb.
Respublika əhalisinin 38 faizi fərdi kompyuter istifadəçisidir. Bunun 39,7 faizi ev istifadəçiləridir, 22,4 faizi kompyuterdən işdə, 22,3 faizi isə təhsil müəssisələrində istifadə edir.
Statistika Komitəsi genişzolaqlı istifadəçilərin sayının da artdığını bildirir. Orada artım 32,2 faiz təşkil edib. Komitənin məlumatına əsasən, Azərbaycan əhalisinin 36 faizi internet şəbəkəsindən istifadə edir. Hər beş internet istifadəçisindən üçü kişidir.



Baxış sayı: 899

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024