Tarix:05/03/12
Bütövlükdə 2011-ci il ərzində isə məlumatların saxlanılması sistemlərinin bütün istehsalçılarının mədaxili 23,5 milyard dollar təşkil edib və bu göstərici 2010-cu il ilə müqayisədə 10,6% çoxdur. Bu məlumatlar “IDC” analitik şirkətinin hesabatında qeyd olunub.
Şirkətlər 2011-ci ilin dördüncü rübündə bazara ümumilikdə 6,2 petabayt tutuma malik saxlama sistemi tədarük ediblər. Bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə 22,4% çoxdur.
“IDC” analitik şirkəti qeyd edib ki, 2011-ci ilin dördüncü rübündə məlumatların saxlanılması sistemlərinin istehsalçıları və alıcıları payızda Taylandda baş vermiş daşqının neqativ təsirini elə də hiss etməyiblər.
Qeyd edim ki, 2011-ci ildə “EMC” və “Hewlett-Packard” şirkətləri müvafiq olaraq 21,5% və 18,5% göstərici ilə məlumatların saxlanılması sistemləri bazarında liderlik ediblər. Sonrakı yerlərdə “IBM” (15.4%) və “Dell” (11.4%) korporasiyaları yerləşiblər.
EMİL
2011-ci ildə məlumatların saxlanılması sistemləri bazarı 23,5 milyard dollar təşkil edib
“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, 2011-ci ilin dördüncü rübündə məlumatların saxlanılması sistemlərinin bütün istehsalçıları 8,5 milyard dollar həcmində mədaxil əldə ediblər. Bu göstərici 2010-cu ilin analoji dövrü ilə müqayisədə 3,5% çoxdur.Bütövlükdə 2011-ci il ərzində isə məlumatların saxlanılması sistemlərinin bütün istehsalçılarının mədaxili 23,5 milyard dollar təşkil edib və bu göstərici 2010-cu il ilə müqayisədə 10,6% çoxdur. Bu məlumatlar “IDC” analitik şirkətinin hesabatında qeyd olunub.
Şirkətlər 2011-ci ilin dördüncü rübündə bazara ümumilikdə 6,2 petabayt tutuma malik saxlama sistemi tədarük ediblər. Bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə 22,4% çoxdur.
“IDC” analitik şirkəti qeyd edib ki, 2011-ci ilin dördüncü rübündə məlumatların saxlanılması sistemlərinin istehsalçıları və alıcıları payızda Taylandda baş vermiş daşqının neqativ təsirini elə də hiss etməyiblər.
Qeyd edim ki, 2011-ci ildə “EMC” və “Hewlett-Packard” şirkətləri müvafiq olaraq 21,5% və 18,5% göstərici ilə məlumatların saxlanılması sistemləri bazarında liderlik ediblər. Sonrakı yerlərdə “IBM” (15.4%) və “Dell” (11.4%) korporasiyaları yerləşiblər.
EMİL
Baxış sayı: 934
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır