12px13px15px17px
Tarix:06/03/12

“Dilmanc” layihəsi “CeBİT 2012” sərgisində nümayiş etdirilir

Mart ayının 6-dan 10-a qədər Almaniyanın Hannover şəhərində "CeBİT 2012" beynəlxalq informasiya texnologiyaları sərgisi keçirilir. Tədbir sahənin dörd seqmentini işıqlandırır: biznes üçün ixtisaslaşdırılmış İT-həllər(CeBİT pro), istehlakçılar (CeBİT life), dövlət sektorları (CeBİT gov), elmi araşdırmalar və innovasiyaların inkişafı(CeBİT lab).

Sərgi çərçivəsində seminarlar, "dəyirmi masa"lar, müzakirələr və İT sahəsində yeniliklərlə çıxış etmiş şəxslərin mükafatlandırılması mərasiminin keçirilməsi nəzərdə tutulur.  

Sözügedən sərgidə milli stenddə "Dilmanc" layihəsi çərçivəsində yaradılmış yeni texnologiya sayəsində gözdən əlillər üçün səslə idarə olunan mini-kompyuter və telefon danışığını Azərbaycan dilindən ingilis və rus dillərinə və əksinə tərcümə edən telefon-tərcüməçi, Azərbaycan dili üçün nitqin tanınması sistemləri nümayiş etdirilir.


CAHANGİR




Baxış sayı: 967

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024