12px13px15px17px
Tarix:07/03/12

Berlində informasiya cəmiyyətinin texniki və qeyri-texniki aspektləri müzakirə olunacaq

Mart ayının 10-da başlayan Almaniyanın Berlin şəhərində işə başlayan “IADIS e-Society” beynəlxalq konfransı martın 13-də yekunlaşacaq. Konfransın əsas hədəfi informasiya cəmiyyəti istiqamətində maraq doğuran məsələlərin müzakirəsini təqdim etməkdən ibarətdir.

Tədbir informasiya cəmiyyətinin texniki və qeyri-texniki aspektlərini əhatə edir. Müzakirələrdə e-təhsil, e-ticarət, e-səhiyyə, ümumilikdə elektron hökumət üzrə olan uğurlar və problemlər  nəzərə çatdırılacaq.

Konfransın materialları kitab, disk və elektron resurs kimi ictimaiyyətə təqdim olunur.  Beynəlxalq sərgisi dünya üzrə aparıcı şirkətlərin ekspertlərini, alimləri, dövlət orqanlarının nümayəndələrini bir yerə toplayacaq.
 




Baxış sayı: 963

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024