12px13px15px17px
Tarix:05/07/11

Çin axtarış mühərriki “Microsoft”un axtarış mühərrikindən istifadə edəcək

Çin axtarış sistemi “Baidu” “Microsoft” korporasiyası ilə əməkdaşlıq haqqında razılaşma bağlayıb. “Microsoft” və “Baidu” arasında bağlanan müqavilənin şərtlərinə görə, Çin axtarış sistemi ingilis dilində olan sorğuların emalı üçün “Microsoft”un “Bing” axtarış xidmətini istifadə edəcək. Hər gün istifadəçilər “Baidu” axtarış sisteminə təxminən 10 milyon belə sorğu daxil edirlər.
“Baidu” Çin dilində olan sorğuları əvvəlki kimi özü emal edəcək. Qeyd edək ki, “Baidu” Çində ən məşhur axtarış sistemidir və 2011-ci ilin birinci rübünə əsasən, ölkədə bütün axtarış sorğularının təxminən 76 %-ni emal edir. “Baidu” ingilisdilli sorğuların emalı üçün “Bing”dən artıq 2011-ci ildən istifadə etməyə başlayacaq. Çin internet xidmətinin rəhbərlərindən biri Çjan Dunçen qeyd edib ki, “Microsoft”la əməkdaşlıq “Baidu”ya internet-axtarış sistemlərinin xarici bazarını öyrənməyə imkan verəcək.
İnternet-axtarış sistemlərinin ümumdünya payında “Google” sözsüz ki, liderlik edir. Onun bazardakı payı 83,6 faizdir. “Baidu”nun payı 4,6 faiz, “Bing”in payı isə 3,6 faiz təşkil edir.
2011-ci ilin mayında “Microsoft” “BlackBerry” smartfon və planşetlərində ştat axtarış sistemi kimi “Bing”dən istifadə haqqında “Research in Motion” şirkəti ilə razılaşıb.



Baxış sayı: 978

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024