12px13px15px17px
Tarix:09/03/12

Yerli internet provayder elektron-ticarət xidmətinə qoşulub

“AzeriCard” prosessinq mərkəzi tərəfindən “Aktiv ol” internet provayderin onlayn-ödəmələr sisteminə qoşulması üzrə bütün işlər müvəffəqiyyətlə başa çatıb. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Aktiv ol” ən son FTTB texnologiyası vasitəsilə genişzolaqlı internetdən yararlanmaq imkanı verən yeni bir xidmətdir.

Bu xidmət “Azərtelekom” MMC-nin şəbəkəsi vasitəsilə təmin edilir. İndi internet provayderin istifadəçiləri evdən və ya ofisdən çıxmadan, onlayn rejimində internet xidmətlərini ödəmək imkanı əldə edirlər. Nağdsız ödəməni “www.aktiv-ol.az”, “www.azericard.com” və s. saytlarda yerləşən “AzeriCard” ödəmə sahifələrində aparmaq olar.

Ödəmə “Visa”, “Visa Electron”, “MasterCard” və “Maestro” elektron bank kartları vasitəsi ilə həyata keçirilir. Qeyd edək ki, elektron bank kartlarının məlumatlarının təhlükəsizliyi “3D Secure” sistemi tərəfindən təmin olunur.


CAHANGİR




Baxış sayı: 894

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024