12px13px15px17px
Tarix:09/03/12

Paytaxt sakinlərinin genişzolaqlı internetə çıxış imkanları artırılır

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) paytaxt sakinlərinin genişzolaqlı internetə çıxış imkanlarının artırılması məqsədilə yeni tədbirlər həyata keçirir.

Bu barədə "İCTnews"  elektron xəbər xidmətinə məlumatı birliyin baş direktor müavini Xankişi Kişiyev verib. Onun sözlərinə görə, həyata keçirilmiş tədbirlər nəticəsində ADSL istifadəçilərinin sayı 160 mini ötüb.

Qeyd edək ki, BTRİB-in internet tariflərinin endirilməsi istiqamətində apardığı siyasət və NGN texnologiyasının tətbiqinin genişləndirilməsi də abunəçilərin sayının artmasına təsir edib.




RƏVAN




Baxış sayı: 1165

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024