Tarix:09/03/12
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, həmin fənlər üzrə olimpiadanın yekun mərhələsi müxtəlif mərkəzlərdə təşkil olunacaq.
İlkin olaraq ayın 17-də keçiriləcək olimpiadanın Azərbaycan dili və ədəbiyyatı, o cümlədən Azərbaycan tarixi fənləri üzrə Təhsil Nazirliyinin nəzdində olan və F.Yusifov küçəsi 39, ünvanında yerləşən S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında baş tutması planlaşdırılıb.
Riyaziyyat, fizika və informatika fənləri üzrə müsabiqə isə nazirliyin nəzdində olan və S.Dadaşov küçəsi, 555-ci məhəllə ünvanında yerləşən fizika-riyaziyyat və informatika təmayüllü liseydə keçiriləcək.
Kimya və biologiya fənləri üzrə müsabiqənin 8-ci kilometr qəsəbəsi, Ş.Mirzəyev küçəsi 53 ünvanında yerləşən kimya – biologiya təmayüllü liseydə keçirilməsi nəzərdə tutulub. Martın 18-də təşkil olunacaq olimpiadanın yekun turu isə Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə qeyd olunan müəssisələrdə təşkil olunacaq. İnformatika fənni üzrə isə olimpiadanın yekun turu Bakı Dövlət Universitetində keçiriləcək.
HƏQİQƏT
Bakı Dövlət Universitetində informatika fənni üzrə olimpiadanın yekun turu keçiriləcək
Martın 17-si və 18-i məktəblilərin fənn olimpiadasının yekun turu keçiriləcək. Bu mərhələdə şagirdlər informatika, riyaziyyat, fizika ilə yanaşı, Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, kimya və biologiya fənləri üzrə biliklərini yoxlayacaqlar.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, həmin fənlər üzrə olimpiadanın yekun mərhələsi müxtəlif mərkəzlərdə təşkil olunacaq.
İlkin olaraq ayın 17-də keçiriləcək olimpiadanın Azərbaycan dili və ədəbiyyatı, o cümlədən Azərbaycan tarixi fənləri üzrə Təhsil Nazirliyinin nəzdində olan və F.Yusifov küçəsi 39, ünvanında yerləşən S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında baş tutması planlaşdırılıb.
Riyaziyyat, fizika və informatika fənləri üzrə müsabiqə isə nazirliyin nəzdində olan və S.Dadaşov küçəsi, 555-ci məhəllə ünvanında yerləşən fizika-riyaziyyat və informatika təmayüllü liseydə keçiriləcək.
Kimya və biologiya fənləri üzrə müsabiqənin 8-ci kilometr qəsəbəsi, Ş.Mirzəyev küçəsi 53 ünvanında yerləşən kimya – biologiya təmayüllü liseydə keçirilməsi nəzərdə tutulub. Martın 18-də təşkil olunacaq olimpiadanın yekun turu isə Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə qeyd olunan müəssisələrdə təşkil olunacaq. İnformatika fənni üzrə isə olimpiadanın yekun turu Bakı Dövlət Universitetində keçiriləcək.
HƏQİQƏT
Baxış sayı: 1306
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır