12px13px15px17px
Tarix:10/03/12

Yerli şirkət kəndlərə optik kabellər çəkir

Respublikanın bütün bölgələrində əhalinin telekommunikasiya xidmətlərindən, o cümlədən poçt, internet, rəqəmsal televiziya və sair xidmətlərlə yanaşı, eyni zamanda bank xidmətlərindən, bankomat və pos-terminallardan səmərəli istifadəsi üçün də xeyli işlər görülür. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin həyata keçirdiyi geniş layihələrdə yerli İKT  şirkətləri də geniş şəkildə iştirak edir və töhfələrini verir.
 
Şirkətin İKT-nin inkişafında rolu
 
“Smart Systems Technology” şirkəti öz fəaliyyəti müddətində daima yeni layihələrin icrası, yeni texnologiyaların tətbiqi və İKT sahəsində müxtəlif xidmətlərin həyata keçirilməsi sahəsində uğurla addımlayıb.

Şirkətin baş direktorunun 1-ci müavini - baş mühəndis cənab Firudin Əkbərov bildirdi ki, yeni texnoloji əsrdə iqtisadi sahələrin inkişafı və əhalinin həyat səviyyəsinin yaxşılaşması, eyni zamanda yeni texnoloji imkanların və elektron innovasiyaların operativ olaraq gündəlik həyatımıza tətbiqinə və ümumiyyətlə, sosial həyatın bütün sahələrində bu imkanlardan geniş istifadəyə şərait yaradır. Dövlət idarəçiliyindən tutmuş, bütün sosial təbəqələrin bu yeniliklərdən və texnoloji imkanlardan faydalanmasının təmin olunması üçün İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində fəaliyyət göstərən təşkilatların üzərinə böyük və önəmli məsuliyyət düşür.

 1999-cu ildən fəaliyyət göstərən “Smart Systems Technology” şirkəti Azərbaycanın iqtisadi məkanında işləyən bir sıra dövlət və qeyri-dövlət strukturları ilə və o cümlədən, banklar və kredit təşkilatları ilə proqram təminatı və telekommunikasiya texnologiyaları sahəsində müvəffəqiyyətlə əməkdaşlıq edir. Şirkət məlumatların ötürülməsi - “Data transfer” xidməti üçün lisenziya almışdır. Artıq bu sahədə son bir neçə il ərzində xeyli layihələr həyata keçirilmiş, əhəmiyyətli işlər görülmüşdür.

Belə ki, Bakı şəhəri və respublika ərazisində bir çox nazirlik və fondların, bank və kredit təşkilatlarının korporativ şəbəkələri yaradılmış, bankomat və pos-terminalların müvafiq prosessinq mərkəzlərinə (Millikard və Azərikard prossesinq mərkəzlərinə) qoşulması təmin olunub.

O cümlədən, Dünya Bankının xüsusi dəstəyi ilə “Ünvanlı Sosial Yardım” və “Pensiya və Sosial Təminat” layihələrinin icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Aparatı ilə bütün struktur bölmələri arasında korporativ şəbəkənin yaradılmasını göstərmək olar.
 
“Smart- Bank” layihəsi
 
Sirkət öz proqram məhsulları olan “Smart-Bank” Avtomatlaşdırılmış Bank Sistemi və “Smart-Finance” Avtomatlaşdırılmış Maliyyə Sisteminin tətbiqi və istismarını da müvəffəqiyyətlə davam etdirir. “Smart Systems Technology” şirkəti korporativ şəbəkələrin qurulması ilə yanaşı, “Data transfer” və transmissiya xidmətlərinin göstərilməsi, optik kanallar və “WiFi” texnologiyaları üzərindən videomüşahidə sistemlərinin qurulması və tətbiqi, sistem inteqrasiyası, kompyuter və kommunikasiya avadanlıqlarının satılması və quraşdırılması, genişzolaqlı internet provayder xidmətlərinin göstərilməsini həyata keçirir.

 Şirkət çox sayda əhalini keyfiyyətli internetlə təmin etmək məqsədilə müvafiq ADSL texnologiyalı infrastruktur qurmuş və internet satışını təşkil etmişdir.

Şirkətin son layihələrindən biri də rabitə xətləri olmayan yerlərdə GPRS üzərindən bankomatların prosessinq mərkəzlərinə qoşulmasının təmin olunmasıdır. Artıq, Bakı şəhəri ərazisində və demək olar ki, respublikanın bütün bölgələrində yerləşən telekommunikasiya qovşaqlarında şirkət tərəfindən müvafiq avadanlıqlar yerləşdirilmiş və müxtəlif tipli “Data transfer” xidmətlərinin təşkili üçün güclü infrastruktur yaradılmışdır.

Şirkətin “İSO 9001-2000” keyfiyyət idarəetmə sertifikatına malik olması və bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı, respublikamızda bundan sonra da keçiriləcək əhəmiyyətli layihələrin icrasında və müasir texnologiyaların Azərbaycanda sürətlə tətbiqində “Smart Systems Technology” şirkətinin özünəməxsus yeri olacağına əsas verir.
 
Kəndlərə optik kabellərin çəkilməsi
 
Şirkət “Aztelekom” İB regionlarda genişzolaqlı internetə çıxış layihəsinə qoşulub. Bununla əlaqədar olaraq tərəflər arasında müqavilə imzalanıb. Birlik tərəfindən özəl provayderləri əməkdaşlığa cəlb edərək bütün kəndlərin optikləşdirilməsi layihəsini uğurla başa çatdırmaq istiqamətində şirkətlərlə qurulan əməkdaşlıq şəraitində bölgələrdə sürətli layihələr həyata keçirilir.

Şirkət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Kürdəmirin, Yevlax və Şəkinin ucqar kəndlərinə 100 km-dən artıq optik kabelin qoyuluşuna başlanmışdır. Baş direktor müavini bildirdi ki, həyata keçirilən layihə əhalinin telekommunikasiya xidmətlərindən, o cümlədən poçt, internet, rəqəmsal televiziya və sair xidmətlərlə yanaşı, eyni zamanda bank xidmətlərindən, bankomat və pos-terminallardan səmərəli istifadəsi üçün müvafiq infrastruktur yaradılmasına şərait yaradacaq. 

Azərbaycan bütün kəndlərin optikləşdirilməsi işlərini həyata keçirməklə nəinki MDB-də, hətta bütün dünyada analoqu olmayan bir layihəni reallaşdırmış olacaq. Bu sahədə böyük nailiyyətin əldə olunmasında şirkət bundan sonra da öz töhfəsini verməyə hazırdır.
 
 
 




Baxış sayı: 1160

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024