12px13px15px17px
Tarix:10/03/12

Metro stansiyalarında “3G” xidməti

Azərbaycan mobil operatorlarından biri - "Nar Mobile" metro stansiyalarında "3G" xidməti göstərməyə başlayıb. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, ölkədə bu xidməti ilk dəfə olaraq "Nar Mobile" şirkəti təklif edib.

Bundan əlavə, bu mobil operatorun abonentləri "Sahil", "Nizami" və "28 May" metro stansiyalarında yüksəksürətli mobil rabitədən istifadə edirlər. Şirkət may ayından isə "3G" xidmətlərini bütün metro stansiyalarında istismara verəcək. Hazırda "Nar Mobile" "3G" xidmətlərini saniyədə 14.4 Mbit sürəti ilə göstərir.

Şirkətin baş icraçı direktoru Yurqen Pits bildirib ki, "Nar Mobile" şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi üçün bu günə qədər 85 milyon ABŞ dolları yatırılıb. Onun sözlərinə görə, öz şəbəkəsinin genişləndirilməsi ilə bağlı işi başa çatdırdıqdan sonra, "Nar Mobile" Azərbaycanda bütün şəhərləri əhatə edən ən iri "3G" şəbəkəsinə malik olacaq.

Beləliklə, genişzolaqlı mobil rabitə ölkənin hər bir vətəndaşı üçün mümkün ediləcək. O qeyd edib ki, 2012-ci ilin may ayında şəbəkənin müasirləşdirilməsi işləri başa çatacaq və bundan sonra "Nar Mobile" Azərbaycanda "4G" şəbəkəsini də quracaq. Hazırda isə "Nar Mobile"-ın 400000-dən artıq abunəçisi dövri olaraq "3G" xidmətlərindən istifadə edirlər.
 
 
SEYMUR




Baxış sayı: 907

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024