12px13px15px17px
Tarix:10/03/12

İnnovativ və müasir texnologiyalar əsasında yeni iqtisadi modellərin yaradılması üçün qabaqcıl təcrübə öyrəniləcək

Azərbaycanda innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının formalaşdırılmasında növbəti addımlar atılır. Hazırda respublikada sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin - xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin və biznes inkubatorların yaradılması istiqamətində işlər davam etdirilir.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun əməkdaşlarından və iş adamlarından ibarət nümayəndə heyəti 14-17 mart tarixlərində Litvada fəaliyyət göstərən azad iqtisadi zonalarla tanış olmaq üçün Kaunas bölgəsinə səfər olacaq. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin bir sıra ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.
 
HƏQİQƏT




Baxış sayı: 968

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024