12px13px15px17px
Tarix:12/03/12

“Facebook” sosial şəbəkəsi “Gowalla” internet xidmətini satın alıb

“Facebook” sosial şəbəkəsi ABŞ-da məkanla bağlı informasiya mübadiləsi üçün ikinci ən böyük xidmət olan “Gowalla” şirkətini satın alıb. “İCTnews” elektron xəbər xidməti xəbər verir ki, bu barədə “Gowalla” şirkətindəki mənbələr məlumat veriblər.“Facebook” saziş haqqında informasiya verməyib.

“Gowalla” şirkətindəki mənbələrin sözlərinə görə, sazişdə xidmətin təsisçisi  Coşa Uilyams daxil olmaqla, “Gowalla” şirkətində çalışan işçilərin bir çoxunun “Facebook”-un Palo-Alto şəhərində (Kaliforniya ştatı) yerləşən qərargahında işləyəcəyi qeyd olunub.

“Gowalla” komandasının “Facebook Timeline” xidmətinin inkişafı üçün çalışacağı bildirilib.Məlumat üçün bildirim ki, 2009-cu ildə yaradılmış “Gowalla” internet xidməti “Foursquare” layihəsinin əsas rəqibidir.

Hazırda “Gowalla” xidmətinin müstəqil layihə kimi işinə davam edəcəyi bilinmir. Belə ki, “Facebook” bir çox şirkət-startapları satın aldıqdan sonra onları bağlayıb.
 
EMİL




Baxış sayı: 1139

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024