12px13px15px17px
Tarix:12/03/12

“Kür”ün kompyuterlərinə tələbat artır

"Hal-hazırda "Kur" kompyuterlərinin istehsalı yüksək səviyyədə və keyfiyyətdə davam edir. Müəssisənin məhsullarına tələbat, demək olar ki, hər gün çoxalır. Əsasən də istehsal etdiyimiz kompyuterlərə təhsil ocaqlarında tələbat artmaqdadır".

Bu barədə "İCTnews" elektron xəbər xidmətinə "Kür" Elektron avadanlıqları istehsalı müəssisəsinin direktoru Rizvan Osmanov bildirib. Direktor bildirib ki, təhsil müəssisələri üçün hər il ən azı 100 kompyuter istehsal edilir: "Müəssisəmizin istehsalı olan kompyuterlərə tələbatın çoxalması onların keyfiyyətinin yuksək olmasına dəlalət edir.

Hazırda "Kür Optima E", "Kür Prima E", "Kür Akkord", "Kür Elit", "Kür Multimedia GS-M", "Kür Standart", "Kür Optima GCD" və s. kimi məhsullarımız var".

Qeyd edək ki, "Kür" Elektron avadanlıqları istehsalı müəssisəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi və "SİNAM" şirkəti tərəfindən 2005-ci ildə Mingəçevir şəhərində yaradılıb. Müəssisə Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu ilə kompyuter istehsalı ilə məşğul olan ilk istehsalat müəssisəsidir.

Müəssisənin istehsal gücü sutkada 140 kompyuterin yığımını həyata keçirməyə imkan verir. Müəssisədə hazır kompyuterlərin testdən keçirilməsi üçün termik kamera quraşdırılıb. Bu termik kamerada bütün hazır məhsullar 24 saat ərzində testdən keçirilir. Hal-hazırda "Kür" müəssisəsində "Kür" və "Prestije" ticarət markaları altında kompyuterlər yığılır.
 
HƏQİQƏT




Baxış sayı: 864

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024